SON XƏBƏRLƏR

Əhmədinejad BMT-də özü deyib özü eşidib – Video Görüntü

2021.10.20, 07:36
Əhmədinejad BMT-də özü deyib özü eşidib – Video Görüntü

Gunaz.tv

GünAzTv: Amerika Birləşmiş Ştatlarını BMT Baş Assambleyasında təmsil edən 30-dan artıq nümayəndə İran Prezidenti Mahmud Əhmıdinejadın çıxışı zamanı zalı tərk edib.

Onlar bunu cənab Əhmədinejadın 2001-ci il 11 sentyabr hadisələrini Amerikanın özünün törətdiyinə işarə vurmasından sonra ediblər.

 

Mahmud Əhmədinejad söyləyib ki, 11 sentyabr hadisələrinə məsul tərəfləri müəyyənləşdirərkən 3 fikir mövcud idi. "Birincisi, Amerika kəşfiyyat və təhlükəsizliyinin bütün sərhədlərini keçməyi bacaran çox güclü terrorçu qrup bu hücumu törətmişdi", deyib cənab Əhmədinejad və əlavə edib ki, bu fikir üstünlük təşkil edir və Amerikanın dövlət adamları bu fikri dəstəkləyirlər.

 

"İkincisi fikir odur ki, Amerika hökuməti daxilində bəzi seqmentlər bu hücumu təşkil etmişdilər və məqsədləri Amerika iqtisadiyyatının tənəzzülünün qarşısını almaq və Sionist rejimini xilas etmək məqsədilə Yaxın Şərqdə öz mövqelərini qorumaq idi. Amerika xalqının böyük hissəsi və dünya boyuna bir çox ölkələr buna inanır - deyib Mahmud Əhmədinejad.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar