İranda iki polis zabiti öldürüldü
İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
GünAzTv: İran Rusiyanı itirdi. Bu illərdə Moskva İrana ən yaxın müttəfiq sayılırdı. Rusiya Çinlə bərabər İranı Qərbin və BMT-nin təzyiqlərindən qoruyurdu.
Rusiya belə getdi...
Tehran pərişandır. Rusiya prezidenti Dmitri Medvedev C-300 raketlərinin, o cümlədən hərbi gəmilərin və təyyarələrin İrana satışını rəsmən qadağan edib. Bununla kifayətlənməyən Rusiya prezidenti nüvə çalışmalarında adları keçən iranlı rəsmiləri və alimləri persona non-qrata elan edib. ABŞ-la münasibətləri normallaşdırmağa çalışan Medvedevin bu qərarının Nyu-Yorkda BMT-nin 65-ci sessiyasının açılışı günü bəyan edilməsi Qərb dünyasında xoş qarşılansa da, İranın rəsmi dairələrində sərt reaksiyalara səbəb olub. Qərbdə belə əminlik var ki, İran Rusiyadan alacağı C-300 raketləri hesabına nüvə obyektlərindəki inşaat çalışmalarının müdafiəsini təmin etməyi planlaşdırırdı. Olmadı.
... Çin isə götür-qoy edir
Beləliklə, İran Rusiyanı itirdi. Bu illərdə Moskva İrana ən yaxın müttəfiq sayılırdı. Rusiya Çinlə bərabər İranı Qərbin və BMT-nin təzyiqlərindən qoruyurdu. İndi bircə Çin qalıb. Ancaq o da İranla bağlı dərin düşüncəyə qərq olub. Çinin İranla enerji alqı-satqısı mövcud olduğundan Pekin üçün Tehranla əlaqələri qoparmaq asan deyil. Buna baxmayaraq, İranın nüvə çalışmalarından Çin də narahatdır. Heç bir dövlət qonşuluğunda nüvə dövlətinin peyda olmasını istəməz. Digər tərəfdən, Pekin İran siyasətini dəyişməyəcəyi halda ABŞ və Avropa Birliyi ölkələri ilə var olan daha böyük alış-verişin və ortaq layihələrin həcminin azalması ehtimalından da narahat olmaya bilməz. Odur ki, İran prezidenti nüvə silahı israrından geri çəkildiyini konkret faktlarla sübut etməzsə, bir gün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən sonuncu müttəfiqi – Çini də itirə bilər.
Tehranın nüvə inadkarlığı vətəndaşlarının iqtisadi durumuna mənfi təsir edir
BMT sessiyasına qatılan İran prezidenti Mahmud Əhmədinejat ABŞ televiziyalarına verdiyi çoxsaylı müsahibələrdə arxayın görünməyə çalışsa da, ölkəsi ətrafında dairənin getdikcə qapanması amili ilə hesablaşmaq məcburiyyətindədir. BMT sanksiyaları ilə yanaşı ABŞ və bir çox Avropa Birliyi dövləti İrana qarşı birtərəfli sanksiyalar da həyata keçirirlər. İran Qərb banklarında maliyyə əməliyyatları həyata keçirməkdən, fabrik, zavod və elmi mərkəzlərinə müasir avadanlıqlar idxal etməkdən məhrum olub. Bu isə öz növbəsində İran iqtisadiyyatına mənfi təsirlərini göstərir. Yəni Tehranın nüvə inadkarlığı siyasi və diplomatik qarşıdurma müstəvisindən iqtisadi müstəviyə inikas olunur, bu isə İran vətəndaşlarının yaşayış standartlarının bir az daha azalmasına yol açır. Belə olan halda İran hakimiyyətinin iki cəbhədə - xaricdəki və daxildəki qüvvələrə qarşı müqavimət göstərməsi xeyli çətinləşir.
“İran həm Ermənistanı, həm də Azərbaycanı müdafiə edir”
Beynəlxalq aləmdə təklənməyə doğru gedən İranın bu gün dostlara daha çox ehtiyacı var. Tehran rəsmiləri qonşu Azərbaycanla münasibətlərə önəm verdiklərini hər fürsətdə dilə gətirirlər. Doğrudur, İran hakimiyyəti Ermənistanın dövlət başçısı, xarici işlər naziri və hətta bu ölkənin keçmiş prezidentini belə tez-tez Tehranda yüksək səviyyədə qəbul edərək, onlarla geniş fikir mübadiləsi aparmağı da unutmur. Ancaq hər halda, Tehran rəsmiləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını da söyləməkdə davam edirlər. Elə bu günlərdə Tehranda “Azərbaycan Respublikası: keçmiş təcrübələr və gələcək perspektiv” adında İran-Azərbaycan birgə konfransı keçirildi. Konfransa Azərbaycandan xeyli şəxs dəvət edilmişdi. Tədbirdə İran – Azərbaycan əməkdaşlığından ağızdolusu danışıldı. Alışmadığımız halda qonşu ölkənin rəsmilərindən birinin, İranın parlament məsələləri üzrə vitse-prezidenti Məhəmmədrza Mirtacəddinin İranın Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini hər zaman müdafiə etdiyini və Ermənistanın işğalını pislədiklərini söylədiyi xəbəri gəldi. İran rəsmilərindən belə cəsarətli açıqlama eşitmək bizə hər gün nəsib olmur. Ancaq “sevincimiz” uzun çəkmədi.
İranın Ermənistandakı səfirliyinin Zareyi isimli əməkdaşı erməni agentliklərinə verdiyi müsahibədə, İranın vitse-prezidentinin adı çəkilən konfransda Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən açıqlama vermədiyini əminliklə bildirdi. Səfirlik nümayəndəsi iranlı rəsminin sözlərinin konteksdən çıxarıldığını iddia etdi. Zareyi erməni mətbuatını əmin etdi ki, İranın Dağlıq Qarabağ siyasəti dəyişməyib: “Bu münaqişədə İran həm Ermənistan, həm də Azərbaycanı müdafiə edir. Biz Qarabağ məsələsində balanslı mövqe tutmuşuq və bu mövqeyimiz dəyişməyəcək”.
Biz indi kimə inanaq?
Əgər İranın vitse-prezidentinin konfransda dediyi həqiqətdirsə, demək diplomat yalan danışır və bu yalanı ilə sadəcə çalışdığı ölkənin siyasi dairələri ilə ictimaiyyətini sakitləşdirmək istəyir, yox əgər səfirlik əməkdaşının söylədiyi doğrudursa, onda iranlı rəsminin Tehran konfransındakı ifadəsi həqiqətən kontekstdən çıxarılıb.
İranın Ermənistandakı səfirliyində çalışan əməkdaşının təkzibi böyük ehtimalla ondan xəbər verir ki, vitse-prezident daha yuxarı instansiyanın qulaqburmasından sonra Azərbaycanın ərazi bütövlüyü haqqındakı sözlərini sakitcə geri götürüb.
Və bu siyasəti (oxu: oyunu) ilə İran Azərbaycanla əməkdaşlığı və dostluğu genişləndirəcəyinə, inamımızı qazanacağına ümid edir...
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, Elxan Şahinoğlu
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var