SON XƏBƏRLƏR

Ermənistan prezidenti S-300-lərin Azərbaycana satılmasına inanmır

2021.10.20, 07:36
Ermənistan prezidenti S-300-lərin Azərbaycana satılmasına inanmır

Gunaz.tv

GünAzTv: Ermənistan prezidenti Rusiya və Azərbaycan arasında S-300 raketdən müdafiə sistemlərinin satışına dair razılığın olmasına şübhə edir.

Ukrayna telekanalına müsahibədə Serj Sarkisyan belə bir razılığın yüksək səviyyətə əldə edilməsinə "əmin olmadığını" söyləyib.

O deyib ki, əvvəllər Azərbaycan Rusiyadan silah alıb, lakin buna görə Rusiyanı ittiham etmək olmaz.

"Əlbəttə, biz bundan razı deyilik, lakin bu bizim problemimizdir. AmmaAzərbaycana silah satmasına görə Rusiyanı günahlandırmaq düzgün olmazdı."

Ermənistan prezidenti həmçinin deyib ki, anti-raket sistemi olan S-300-əErmənistan artıq xeyli zamandır ki, malikdir.

İyul ayında Rusiya mətbuatında Moskvanın Bakıya iki dəst S-300 sistemi satması haqda məlumat verilmişdi. Azərbaycan tərəfi bu xəbəri nə təsdiq nə təkzib etmişdi. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar