İranda iki polis zabiti öldürüldü
İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
GünAzTv: Sentyabrın 21-də İran hökuməti elektrik enerjisinə dövlət subsidiyasının ləğvi ilə bağlı qərar qəbul edib. Bu aydan etibarən işıq pulu 1000 faiz artacaq. Bir müddət öncə ölkənin neft naziri Məsud Mirkazımi bildirmişdi ki, sənayenin müasirləşdirilməsi üçün yaxın 5 ildə İrana 200 milyard dollar həcmində sərmayə lazımdır. O, neft, qaz, neftayırma sənayesinin xarici sərmayəyə daha çox ehtiyacı olduğunu söyləyib. Onun sözlərinə görə, yatırımın yoxluğu və ya azlığı istehsalın həcminə nəzərəçarpacaq dərəcədə təsir göstərə bilər. Nazirin sözlərinə görə, neft və qaz hasil olunan yataqların istismarı yaxın bir neçə ilə başa çatacaq, yeni yataqların kəşfi, eləcə də işlənilməsi üçün maliyyə vəsaiti yetərincə deyil. Vəziyyətdən çıxış yolunu isə Tehran hakimiyyəti bir zamanlar milliləşdirdiyi, habelə şah rejimindən qalma müəssisələrin özəlləşdirilməsində görür. İranın özəlləşdirmə üzrə təşkilatının sədr müavini Mehdi Oqtai bildirib ki, ötən il 500-dən artıq dövlət müəssisəsi xüsusiləşdirilib. İran hesab edir ki, bu əməliyyat nəticəsində 12,5 milyard dollar gəlir əldə edəcək. Müavinin sözlərinə görə, 2011-ci ilin martınadək daha 524 dövlət müəssisəsi özəlləşdiriləcək. Lent.azın «Fars» xəbər agentliyinə istinadən məlumatında bildirilib ki, bu iqtisadi əməliyyat hərrac, tender və başqa üsullarla gerçəkləşdiriləcək. Bunun ardınca İslam Respublikasının uyğun qurumları təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması təklifi ilə hökumətə layihə təqdim etmişdilər. Onların hesablamasına əsasən, bu enerji daşıyıcılarının pərakəndə satışının bahalaşması neft və qaz hasilatı sənayesinin inkişafına, o cümlədən ölkə iqtisadiyyatının güclənməsinə müsbət təsir göstərəcək. Müşahidəçilərin qənaətincə, prezident Mahmud Əhmədinijat çeşidli xidmət və mallara subsidiyaların kəskin azaldılması yolu ilə dövlətin maliyyə durumunu xilas etməyə çalışır. Mütəxəssislərin hesablamasına əsasən yalnız elektrik enerjisinə tətbiq edilən dövlət güzəştləri İran hakimiyyətinə 100 milyard dollara başa gəlir. Əhmədinijat isə bəhs etdiyimiz məsələ ilə bağlı «islahatı» son 50 ildəki «ən nəhəng iqtisadi islahat» adlandırıb. Qərb iqtisadçıları islahatın vacibliyini vurğulasalar da, onun ağır, qeyri-müəyyən nəticə verə biləcəyini də istisna etmirlər. Baş verənlərin əhalinin kasıb təbəqəsinin güzəranını ağırlaşdıracağı ehtimalı daha çoxdur. Onu da qeyd etmək lazımdır ki, subsidiya islahatı hələ indi başlayır. Bunun ardınca benzinə, dizel yanacağı və mazuta da dövlət güzəştlərinin ləğv ediləcəyi gözlənilir. Subsidiya islahatına qədər İranda mövcud olan sosial-iqtisadi vəziyyətə qısa nəzər salaq. «İLNA» xəbər verir ki, İran həmkarlar təşkilatı Tehrandakı sosial vəziyyətlə bağlı şok effekti yaradan açıqlama yayıb. Açıqlamada bildirilir ki, ölkə paytaxtında əhalinin 30 faizi depressiyadan əziyyət çəkir. 28 faizi isə orta ağırlıqlı depressiya vəziyyətindədir. Tehran polisinin məlumatına görə, paytaxtda yarım milyondan çox qeydiyyatdan keçmiş narkoman var. Onların yaş həddi isə azalmaqdadır. Məlumatlara əsasən İranda 11 milyon narkoman var. Ölkə Səhiyyə Nazirliyinin QİÇS-ə qarşı mübarizə şöbəsinin rəhbəri Abbas Sədaqət deyib ki, həmin xəstələrin 64 faizi narkomandır. Onlar "çirkli iynələrdən" istifadə edərək QİÇS-ə yoluxublar. Mütəxəssislərin fikrincə, bu, həmin sayda "ölü canlar" deməkdir. Tehrandakı universitet məzunlarının 14 faizi iş tapa bilmir. «İLNA»-nın məlumatına görə, ölkənin baş şəhərində depressiyanın başlıca səbəbləri mənzil kirayəsinin ödənilməsi üçün vəsaitin axtarılması, az maaşlı iş və gəlir, toyun keçirilməsinin təşkilidir. İran Statistika Mərkəzinin göstəricilərinə əsasən, ölkədə yoxsulluqdan əziyyət çəkənlərin sayı 10 milyon, nisbi yoxsulların sayı 30 milyon nəfərdir. «Radio Svoboda»nın yaydığı məlumatına görə, 2010-cu ilin martından 2011-ci ilin martına qədər olan dövrdə (İranda yeni il hicri-Günəş təqviminə əsasən yeni il martın 21-dən hesablanır) İslam Respublikasının büdcəsi 368,4 milyard dollar nəzərdə tutulub. Qarşıdan gələn maliyyə ilində neftin qiyməti 60 dollardan aşağı götürüləcək. 2009-2010-cu ilin büdcəsi isə 298 milyard dollar olub. Cari maliyyə ilində neftin bir barreli 37,5 dollar götürülmüşdü. Xatırladaq ki, İran iqtisadiyyatının əsasını 80 faizi neftdən gələn gəlir təşkil edir. İran təqvimi ilə yeni ilin başlanğıcında İran prezidenti Mahmud Əhmədinijat ölkə parlamentinə dövlət büdcəsini təqdim edərkən, deputatlara müraciətində ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa diqqət ayırmağın vacib olduğunu bildirmişdi. Televiziya vasitəsi ilə yayımlanan həmin müraciətdə Əhmədinijat büdcənin məxaric və mədaxili məsələsinə toxunmayıb. Hökumət başçısının sözlərinə görə, parlamentə təqdim etdiyi büdcə layihəsi təsdiq edilərsə, o zaman təhsil, kənd təsərrüfatı və elmin inkişafına əvvəllər nəzərdə tutulduğundan daha çox maliyyə vəsaitinin ayrılması planlaşdırılıb. Maliyyə məsələlərinə dair bir sıra rəsmi xəbərləri də diqqətinizə çatdırmaq istərdik. İran Mərkəzi Bankının yaydığı rəsmi açıqlamaya əsasən, ölkənin xarici borcu 6 ay ərzində (mart-avqust) 22 milyard 283 milyon dollara çatıb. Ölkənin xarici borcu 2009-cu il iyulun sonunda 21 milyard 856 milyon dollar həcmində olub. Bu rəqəm ötən ilin avqustunda 22 milyard 283 milyon dollara qədər artıb. Cari ilin yanvarında isə İranın «Milli» və «Millət» banklarının iflasa uğraması barədə yayılmış xəbərlər adları çəkilən maliyyə müəssisələrində hesabı olan vətəndaşların həmin maliyyə banklara axışaraq, pullarını tələb etmələrinə səbəb olmuşdu. Bu maliyyə qurumlarının iflasa uğraması barədə şayiə Mahmud Əhmədinijatın yanvarın sonlarında İran Mərkəzi Bankı və dövlətin başqa banklarının rəhbərlərinin iştirakı ilə keçirdiyi qapalı iclasda da müzakirə edilmişdi. Həmin yığıncaqdan sonra Mərkəzi bankın rəisi hökumət başçısına bankın rəsmən iflasa uğradığını və xəzinənin boşaldığını bildirmişdi. Heç kimə sirr deyil ki Tehran hakimiyyəti Yaxın Şərqdəki bir sıra silahlı qurumları, o cümlədən «Həmas» və «Hizbullah»ı maliyyələşdirir. Ona görə də hökumət gəlir və xərc, habelə neftdən gələn gəlirlə bağlı ölkə ictimaiyyətinə düzgün məlumat verə bilmir. Ötən ilki prezident seçkisindən əvvəl və sonra dövlətin pulunun bu istiqamətdə xərclənməsi kəskin tənqid edilmişdi. 2008-ci ildə isə «Çirkli pulların yuyulmasına qarşı» mübarizə Ali Şura yaradıldı. Bu qurum başqa dövlətlərdə bu cinayətkarlığa qarşı mübarizə təcrübəsini öyrənib, təcrübə mübadiləsi edib, İslam Respublikasında onu tətbiq etməli idi. Ancaq ötən müddət ərzində bu qurumun fəaliyyət və aşkarladığı qanun pozuntuları barədə ölkə ictimaiyyətinə məlumat verilməyib. Əksinə, 2009-cu ilin fevralında büdcədən «yoxa» çıxan 18 milyard dollarla bağlı çeşidli mülahizələr səsləndi. Ancaq bir milyard dolların büdcədən yayınması müzakirə olundu. Bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verilmədi. Hər kəsə bəllidir ki, İslam Respublikasının rəhbərliyi nə beynəlxalq təşkilatlar, nə də ölkə ictimaiyyəti qarşısında hesabatlı olmadığından ölkənin var-dövləti ilə istədiyi kimi davranır. İran təki ölkələrdə iqtisadiyyatın əsasını neftdən gələn gəlirlər təşkil edir. Amma bu sahəyə ictimai nəzarət yox dərəcəsindədir. Neft pullarının hakimiyyətdəkilər tərəfindən «sovrulması» ilə bağlı xəbər yeni hadisə deyil. İş o yerə çatıb ki, bunu artıq gizlətmək mümkün deyil və məsələ ölkə parlamenti səviyyəsində müzakirə olunmaqdadır. İran məclisinin sədri Əli Laricani həmin günlərdə neft və neft məhsullarından gələn gəlirlər «yox çıxmasına dair» araşdırmanın davam etdirilməsini vacib saymışdı. İslam Respublikasının Auditor Palatasının məlumatına əsasən 2006-2007-ci maliyyə ilində neftdən gələn gəlirdən bir milyard dollar dövlət xəzinəsindən yayınıb. Əhmədinijatın o vaxtkı köməkçisi Ələkbər Cavanfikir demişdi: «Səlahiyyətli orqanlar bu məlumatı yoxlayaraq, onun dəqiqliyini yoxlamalıdır. Ola bilsin, anlaşılmazlıq baş verib». Xatırladaq ki, 2008-2009-cu ilin 9 ay ərzində İranın neft ixracından gələn gəliri 64 milyard dollar olub. 1979-cu il inqilabında sonra bu sahəyə 450 milyard dollar sərmayə yatırılıb, başqa sözlə, neft sənayesinə hər il 15 milyard dollar məbləğində yatırım qoyulub. 2007-ci ilin martından 2008-ci ilin martına qədərki dövrdə isə İslam Respublikası neft ixracından 70 milyard dollar əldə edib. Neft ehtiyatı üzrə Səudiyyə Ərəbistanı, İraq və Küveytdən geri qaldığı kimi bu sahədə də İran 4-cü yerdədir. Ölkədəki belə bir maliyyə-iqtisadi durum gündəlik tələbat mallarının bahalaşmasına da təsirsiz ötüşmür. Vəziyyət o həddə çatıb ki, İran İslam Respublikası Ermənistandan iri buynuzlu mal-qara idxal etməyi planlaşdırır. Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Allaverdiyan məsələ ilə bağlı bildirib: «Hazırda biz İranın ərzaq təhlükəsizliyi xidmətindən bildiriş almışıq. Malın qiyməti, keyfiyyəti, həcmi və s. bu kimi məsələlər ətrafında danışıqlar aparırıq». Zəncan əyalətinin ərzaq məhsulları və dərman preparatları istehsalat birliyi direktorlar şurasının üzvü Rəsul Rüstəmxani İranın İSNA xəbər agentliyinə müsahibəsində deyib ki, cari il ölkədə 2 milyon ton qənd istehlak olunub və bu tələbatın 60 faizini idxal edirlər. Onun sözlərinə görə, dünya bazarında bu məhsulun qiymətinin bahalaşması, sahəyə məsul şəxslərin laqeydliyi ucbatından İranın Ərzaq sənayesi Nazirliyi çıxılmaz vəziyyətlə üzləşib. Ölkə kəndliləri də məhsullarını sataraq, qazanc götürə bilmədiklərindən ziyana düşüblər. Xuzistan əyaləti, Dizful rayonu kəndli həmkarlar birliyi direktorlar şurasının üzvü Nasir Nəzərzadə İSNA-ya müsahibəsində deyib ki, fermerlərin İran Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəstəklənməməsi ucbatından tərəvəz, bağçılıq və sitrus bitkilərinə bağlı sahələrə böyük ziyan dəyib. Onun sözlərinə görə, daxili bazarda tərəvəz, sitrus bitkiləri və başqa meyvələrin qiymətinin ucuz olması maya dəyərini belə ödəmir. Bu isə perspektivdə kəndlilərin həmin sahələrə marağının azalması ilə nəticələnə bilər. Yerli əhalinin dediyinə görə, son bir neçə ayda gündəlik tələbat malları bahalaşır. Onların qənaətincə, sanksiyalardan və hökumətin apardığı iqtisadi islahatlardan sonra bahalaşmanın sürətlənəcəyi gözlənilir. Ona görə də belə ehtimal etmək olar ki, İrandakı indiki ağır siyasi böhrana sosial gərginlikdə əlavə edilə bilər. Beləliklə, İran dövləti siyasi və hərbi sahədəki inamlı bəyanatlarının əksinə olaraq, sosial-iqtisadi sahədə ciddi çətinliklərlə üzləşib. Yuxarıda təsvir etdiyimiz mənzərə Tehran rejiminin, eləcə də İran iqtisadi sisteminin böhranla üzləşdiyini düşünməyə əsas verir. Böhran isə, oxşar rejimlər üçün heç bir nümunədə yaxşı sonluqla bitməyib.... lent.az / Sədrəddin Soltan
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var