SON XƏBƏRLƏR

İranla bağlı 5+1 ölkələrinin yeni təşəbbüsü

2021.10.20, 07:36
İranla bağlı 5+1 ölkələrinin yeni təşəbbüsü

Gunaz.tv

GünAzTv: 5+1 ölkələri İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün yeni təşəbbüs başlatmaq qərarına gəlib.

ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton və digər 5 ölkənin xarici işlər nazirləri BMT sessiyası çərçivəsində Nyu-Yorkda bir araya gəliblər.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Görüşdən sonra açıqlama verən İngiltərənin xarici işlər naziri Uilyam Hague iyunda qəbul etdikləri sanksiyaları xatırladaraq "İndi İranla nüvə proqramı haqqında gerçək və konstruktiv dialoq zamanı gəldi" deyib.

5+1 xarici işlər nazirlərinin birgə açıqlamasında da İranın nüvə probleminin dərhal həll olunması istiqamətindəki qərarlılıq vurğulanıb. 5+1 ölkələrinin yaxın tarixdə bu hədəfin həyata keçirilməsi üçün lazımi addımları atacaqları bildirilib.

AB-nin xarici siyasət komissarı Ketrin Aşton da "altılar"ın keçən ilin oktyabrında Cenevrədə imzalanmış nüvə yanacağı mübadiləsi anlaşması çərçivəsində İranla müzakirələrə hazır olduqlarını, qısa müddət ərzində danışıqlar masası araxasında oturmağı arzuladıqlarını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar