Əhvaz imam-cüməsi: “Bizim nüvə enerjimiz heç bir ölkəyə dəxli yoxdur”
Müharibə silahlarının hissələri Türkiyə sahillərinə çıxıb (Video)
Kanada İranın yeni Baş Qərargah rəisi sanksiyaya məruz qoydu
İranda həbsdə olan qadının həyatının acı sonu
İran infrastruktur müharibəsi başlayacağı təqdirdə nüvə silahına yönələ bilər, din xadimi xəbərdarlıq edib
İran müəllimləri: Təzyiq və repressiyalar dayandırılsın
İranın neft borcu 127 milyard dolları keçib
Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
İraq səmsında İran PUA-ları vuruldu
Səudiyyə Ərəbistanı da İranı qınadı
Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Məşhəddə təbrizlilərlə yəzdlilər arasında qarşıdurma olub
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
İranda Hörmüz boğazının açılması ilə bağlı parlament mübahisəsi Maskat danışıqlarını çətinləşdirə bilər
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
İranın Hörmüz boğazında gəmiçiliyi pozmaq imkanları azalır
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Misir Məkkə paktına qoşulmaq imkanını nəzərdən keçirir
Sərəskənddə yol-nəqliyyat hadisəsi- Ölənlər var
Hakan Fidan: Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir
Hörmüz boğazında ADNOC-un iki gəmisi hücuma məruz qalıb
İran XİN: ABŞ-la vasitəçilər üzərindən danışıqlar davam edir
İranda silahlı insident - Dörd nəfər öldürüldü
İranda daha bir məhbus öldürülüb
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
KİV: ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək
Rusiya neft tankeri Oman sahillərini təhdid edir
SEPAH: Hörmüz boğazı İranın nəzarətindədir
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna dron hücumu edib
Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edib
İranın dəniz mühasirəsi qeyri-müəyyən müddətə davam edə bilər
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
İranda hicaba görə daha iki iaşə obyekti bağlandı
Güneyli yeniyetmə Asiya çempionu oldu
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sazişi çərçivəsində hərbi mexanizmlər yaradacaq
SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq qruplaşmalarını silahlarını saxlamağa çağırıb – Al Hadath
"Traktor" oyunlarını Omanda keçirəcək
Kəleybərdə qızıl filizinə görə 15 nəfər həbs edildi
GünAzTv: İran prezidenti Mahmud Əhmədinejadın çıxışını yalnız özü başa düşüb, zalın yarısı isə boş olub.
BMT Baş Assambleyasının 65-ci illik sessiyası çərçivəsində təşkilata üzv olan 130-dan çox ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə minilliyin inkişaf problemlərinə dair Nyu Yorkda keçirilən sammit dünən yekunlaşıb. Sammit dünyada kasıblığın azaldılmasına və aclıq çəkənlərə yardımların artırılması kimi qlobal problemlərə həsr olunmuşdu.
Üç günlük toplantının yekunlaşmasının ardınca Baş Assambleyanın illik plenar sessiyası start götürüb. Bu sessiya çərçivəsində BMT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının dünyadakı siyasi problemlərə dair çıxışları olacaq. Xəbər verildiyi kimi, Azərbaycan da bu il Baş Assambleyada prezident səviyyəsində təmsil olunacaq. Prezident İlham Əliyevin bu gün Nyu Yorka yola düşəcəyi gözlənilir, sabah onun BMT mənzil qərargahında ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama ilə ikitərəfli görüşü planlaşdırılıb.Minilliyin inkişaf problemlərinə dair sammitdə isə maraqlı məqamlar yaşanıb. Baş Assambleyanın toplantısına gələn Svazilend krallığının nümayəndə heyəti zalda maraqlı səhnələrə səbəb olub. Belə ki, bu Afrika ölkəsinin kralı və onu müşayiət edənlər yarıçılpaq vəziyyətdə olublar. Kadrlardan görünür ki, Svazilend kralından arxa cərgədə oturan Türkiyə nümayəndə heyəti başda prezident Abdulla Gül olmaqla onu böyük maraqla seyr edir. Habelə ön cərgədə oturanlar gözlərini yarıçılpaq kraldan çəkə bilmir. Xatırladaq ki, toplantıda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov əsasən ölkədəki iqtisadi və sosial inkişafdan, neft gəlirlərinin sosial rifaha yönəldilməsindən bəhs etmişdi.Ondan fərqli olaraq Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan siyasi çıxış edib və minilliyin inkişaf problemlərini bir kənara qoyaraq ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmağa çalışıb. Azərbaycanın hərbi büdcəsini artırması və silahlanması haqda narahatlıqla danışan Nalbəndyan deyib ki, bu hərəkətlər regional stabillik üçün təhlükədir. Nazirin sözlərinə görə, Azərbaycan gücdən istifadə etməməklə bağlı razılaşmadan imtinada davam edir.“Bu isə BMT prinsiplərinə ziddir. Biz hələlik minilliyin inkişafı məqsədlərinin yerinə yetirilməsi işində irəliləyişdən danışırıq, hansı ki, beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb. Dağlıq Qarabağ xalqı daha yaxşı həyat şəraiti yaratmaq və insan haqlarını müdafiə etmək üçün maksimal səy göstərir. Və bunu beynəlxalq ictimaiyyətin köməyi olmadan edir. Dağlıq Qarabağ müvafiq yardım proqramlarını gözləməkdə davam edir” - deyə Nalbəndyan bildirib.Xəbərlərə görə, Nalbəndyan Qarabağ münaqişəsinə dair müzakirələr aparmaq üçün Nyu Yorkda olan Minsk Qrupu həmsədrləri ilə də görüşüb. Həmsədrlərlə Azərbaycan xarici işlər nazirinin də görüşü gözlənilirdi. Həmçinin Nyu Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ikitərəfli danışıqlar planlaşdırılıb.İran prezidenti Mahmud Əhmədinejadın BMT tribunasından çıxışı da maraqlı məqamlarla müşayiət olunub. Ötən illərdə olduğu kimi, Əhmədinejadın çıxışı zamanı ABŞ və Avropa ölkələrinin nümayəndə heyətləri Baş Assambleyanın iclas zalını tərk ediblər. Zalın yarısı boş olub və tribunaya qalxan Əhmədinejad fars dilində çıxış etməyə başlayıb. Bu səbəbdən onun dediklərini özü və nümayəndə heyətindən başqa heç kim başa düşməyib. Bunu görən Əhmədinejad çıxışına bir dəqiqə fasilə verərək tərcüməçiləri günahlandırıb. Bundan sonra çıxışını davam etdirib. Amma BMT-nin tərcüməçiləri bildiriblər ki, onlar yalnız çıxışın tərcümə edilmiş mətnini oxuyurlar. Həmin tərcümə edilmiş mətndə isə Əhmədinejad indiki “qeyri-demokratik, ədalətsiz dünyada islahatlar aparmağa” çağırır. İran prezidentinin tərcüməçilər tərəfindən oxunan çıxışında deyilir ki, əgər Birləşmiş Ştatlar bu ölkəyə hücum etsə, misli görünməmiş müharibə ilə üzləşəcək: “Sərhəd tanımayan, əsl müharibə olacaq. Hansı ki, Amerika heç vaxt belə müharibə görməyib və onda qalib gəlməyib”.İtaliya qəzeti “La Repubblica” yazır ki, Əhmədinejadın şousu bu dəfə istədiyi kimi alınmayıb. Ancaq onun Baş Assambleyanın plenar iclasında yenidən çıxış etmək imkanı var. “Daily News” qəzeti isə yazır ki, Əhmədinejadın mühafizəsi üçün fövqəladə təhlükəsizlik tədbirləri görülüb. Onun mühafizəsinə sərf edilən vəsait 7 milyon dollara yaxındır. Yeni musavat
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
İranda oğurlanan hökumət məddahı öldürülüb
İki bəluc fəala ağır həbs cəzası verildi
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
Qəzvində 24 yaşlı qadın edam edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
ABŞ Senatı İran və Rusiya ilə bağlı qanun layihəsini təsdiq etdi
Türkiyə: Məkkə sazişi İrana qarşı deyil
Güneyli fəalın meyiti tapıldı
Xamenei mart ayında ölüb - Lisak