SON XƏBƏRLƏR

Ehud Barak: İran atom silahı əldə etsə, tarix liderləri mühakimə edəcək

2021.10.20, 07:36
Ehud Barak: İran atom silahı əldə etsə, tarix liderləri mühakimə edəcək

Gunaz.tv

GünAzTv: Tehran hakimiyyəti atom-nüvə proqramının dinc məqsədli olduğunu iddia etsə də beynəlxalq ictimaiyyətin ona inamı yaranmır. İsrailin müdafiə naziri Ehud Barak «Fox» telekanalına müsahibəsində deyib ki, İran iki il ərzində nüvə bombası əldə edə bilər. «İranın nüvə proqramı ilə bağlı problemin indiki dövlət başçıları tərəfindən həllini tarix mühakimə edəcək» - nazir söyləyib. Bu barədə Lent.az Lent.az beynəlxalq informasiya kanallarına istinadən xəbər yayıb. ABŞ-a (Amerika Birləşmiş Ştatları) yeni silahlar almaq üçün səfər edən Barak ABŞ-ın dövlət katibi Hillari Klintonla da görüşüb. Yəhudi nazirin sözlərinə görə, İranla bağlı təhlükə yalnız İsrail və ABŞ deyil, bütünlükdə beynəlxalq ictimaiyyəti rahatsız etməlidir. O, İran prezidenti Mahmud Əhmədinijatın hədələrindən ehtiyatlanmağı lüzumsuz saymaqla yanaşı, deyib: «Bununla belə, əllərimizi qoynumuza qoyub, oturmamalıyıq». İslam Respublikasına qarşı sanksiyalardan danışan E.Barak bunun səmərəsinin yetərli olacağına şübhə etdiyini söyləyərək, qeyd edib ki, Tehrana qarşı istənilən üsulun tətbiqindən də imtina etmək olmaz: «Düzdür, sanksiyalar müəyyən təsir göstərir. Amma İran üçün elə fərqi yoxdur, o, vaxtı uzatmaqla məşğuldur. Onlar iki ilə nüvə başlığı yarada bilər». Müdafiə naziri onu da qeyd edib ki, İsrail təhlükəsizliklə bağlı təminat verilməsini gözləyir, bununla yanaşı, hərbi-texniki sahədə yəhudi dövlətinin qonşu ölkələrdən üstün olmasında ABŞ-ın yardım etməsini arzulayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar