SON XƏBƏRLƏR

İran rəsmiləri nağılvari bəyanatlar verir

2021.10.20, 07:36
İran rəsmiləri nağılvari bəyanatlar verir

Gunaz.tv

GünAzTv: İranın Baş Qərargah rəisi Həsən Firuzabadi  ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin İrana hücum etməsi dəlilik hesab edir.

İran hakimiyyəti özünü tərifləməkdən doymur. Hər gün nağılvari bir bəyanat verib özlərini ovunduran molla hakimiyyəti bu dəfə də ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin ünvanına bəzi fikirlər səsləndirib.

GünAzTv mətbuat mərkəzinin "Tia.az"-a istinadən yaydığı məlumata görə, Bu dəfə uydurma fikirləri ilə diqqəti çəkən şəxs İranın Baş Qərargah rəisi Həsən Firuzabadi olub. General iddia edib ki, İsrail və ABŞ ordusunun İrana hücum etməsi mümkün deyil. O, bunu İranın «qüdrətli» hərbiyə malik olması ilə izah etməyə çalışıb. «ABŞ və İsrailin İrana hücum etməsi dəlilik olardı. İran kimi bir ölkəylə müharibə etmək ağılsızlıqdır. Çünki belə bir vəziyyətdə İran onları ağır itkilərə məruz qoya bilər».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar