İranda iki polis zabiti öldürüldü
İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
GünAzTv: Gündən-günə sərtləşən sanksiyaların yekununun olması qaçılmazdır.
Ötən əsrin əvvəlində İranda Azərbaycan türklərinin başladığı məşrutiyyə-demokratiya hərəkatının qan içində boğulmasında Rusiya və İngiltərənin xüsusi rol oynadıqları dönə-dönə təsdiqini tapıb. Şeyx Məhəmməd Xiyabaninin "Azadistan"ını məhv edən də Tehranla yanaşı, Moskva və London idi. Həmin hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin məhvi fonunda baş verirdi. AXC-nin məhvində dünya güclərinin hansı rol oynadığını yaxşı bilirsiniz. İranda hakimiyyətin 1925-ci ildə türklərin əlindən çıxıb, farsların əlinə keçməsi məlumdur. Bu prosesdə Tehrandakı rus alayında xidmət edən Rzanı şaha çevirən Rusiyanın və İngiltərənin xüsusi rol onadıqları da birmənalıdır. 1946-1946-cı illər Seyid Cəfər Pişəvərinin yaratdığı Azərbaycan milli hökumətinin məhvi, 1952-ci ildə türk baş nazir Müsəddiqinin məhvi, 1979-cu il inqilabı zamanı Ayətullah Şəriətmədarinin rəhbərliyilə Azərbaycan türklərinin başlatdığı hərəkatın məhvi də dünya gücləriylə bağlı idi. Ancaq XX əsrin ikinci yarısından əsas oyunçu ABŞ (Amerika Birləşmiş Ştatları) idi. Ötən 30 ildə Xomeyninin, Xamneyinin ali dini rəhbərliyi, Rəfsəncanin, Xatəminin, Əhmədinejadın prezidentliyi, Musəvinin baş nazirliyi dövründə də Azərbaycan türklərinə qarşı qətliamların, repressiyaların stimullaşdırılmasında da dünya gücləri (ABŞ, Rusiya, Fransa, İngiltərə və s.) xüsusi və qanlı rol oynadılar. 2006-cü ildə Azərbaycan türkləri nəhəng demokratik hərəkat başladanda isə dünya, Qərb qəddarcasına susdu. Əslində onlar İranın demokratikləşməsini istəmirlər. Elə Obamanın, Hillari Klintonun bu günlərdə verdiyi, "ədalətli dini liderlərin hakimiyyətə gəlməsi" barədə bəyanatları da XX əsr boyu bölgəni izləmiş siyasətin bir növ davamıdır.Qərbin İranın demokratikləşməsinin qarşısını almaq üçün mühüm bir silahı var: fars şovinizmi! Məhz bu şovinizm Azərbaycan türklərinin demokratik yolla İranda hakimiyyətə gələcəyindən qorxaraq, Qərbin planlarına uyğun hərəkət edir. Gözlərini düşmənçilik hissləri o qədər basıb ki, başa düşmək istəmirlər ki, heç olmasa, Türkiyə kimi demokratik, inkişaf etməklə olan ölkəyə çevrilmək mümkündür. Düzdür, inkişafı ləngidən faktor kimi İranın dini ideologiyasının mühüm rol oynadığını xüsusi vurğulamaq lazımdır. Fars şovinizmi və siyasiləşmiş dini ideologiya təkcə İran əhalisinə deyil, bütün bölgə xalqlarına bəlalar gətirir....Azərbaycan Respublikası müstəqilliyini qazanandan sonra İranın həqiqətən də bizim dostumuz olmaq imkanı vardı. Amma türkə düşmənçiliyə əsaslanan fars şovinizmi buna imkan vermədi. Əvəzində Ermənistanın adı altında Xocalı soyqırımını törədən, Şuşanı və başqa rayonlarımızı işğal edən Rusiya bu qanlı proseslərə İranı da şərik etdi. Məlum oldu ki, türkə düşmən münasibət bəsləyən fars şovinizmi Azərbaycan torpaqlarını işğal edən işğalçı Ermənistana hər cür dəstək verməyə sövq edir. Həmin fars şovinizmi ki, İranın demokratikləşməsinin qarşısını almaq istəyir. Fars başbilənləri hesab edirlər ki, əgər İran demokratikləşmə Azərbaycan türkləri seçki yolu ilə hakimiyyəti ələ keçirəcəklər. Ona görə də nə dilimizdə danışmağa qoyurlar, nə ana dilimizdə qəzet-jurnallarımızı çıxarmağa imkan verirlər. Hər il minlərlə milli fəalımız qətlllərə, təzyiqlərə məruz qalır, işgəncələrlə üzləşirlər. ...35 milyon türkün haqqını tanımayan İranın fars rejimi ABŞ-ın yeni planlarıyla üz-üzə qalıb. Birləşmiş Ştatlar İraqda olduğu kimi, İranda da kürd separatizmini stimullaşdırır. Bəziləri Barak Obamanın, Hillari Klintonun İran əleyhinə bəyanatlarını çox sevinclə qarşılayıblar. Amma məsələ ondadır ki, Vaşinton İraqda olduğu kimi İranda da kürd separatizmini (PJAK kimi terror təşkilatları vasitəsiylə) dəstəkləyir. Əgər İraq variantı İranda da təkrarlansa, Azərbaycanın tarixi torpaqlarının, Güney Azərbaycan torpaqlarının işğalıyla üzləşə bilərik. Məqsədim güneyli soydaşlarımızı fars hakimiyyətini dəstəkləməyə çağırmaq deyil. Çünki türkə qarşı düşmənçilik hissləri fars şovinizminin iliyinə o qədər işləyib ki, ABŞ-ın "İran planı"nın növbəti mərhələsi işə düşsə, farslar məhz türklərin əziyyət çəkməsinə, zülm görməsinə çalışacaqlar. Sözüm güneyli milli fəallara, İran hakimiyyətinə təmsil olunan türklərədir. Ehtiyatlı olmaq, əvvəlcədən tədbirlər görmək lazımdır. Çünki ABŞ İranda da "kürd muxtariyyatı" yaratmaq fikrindədir. Fars rejimi kimi, ABŞ-da Güney Azərbaycanın istiqları, Bütöv Azərbaycan ideyalarından əsəbiləşir, qəzəblənir. Rusiya ilə yanaşı, ABŞ-ın da Qarabağ münaqişəsinin həllinə imkan verməməsinin bir səbəbi də Bütöv Azərbaycan ideyasından narahat olmasıdır. Əslində bu məsələdə fars rejimiylə Vaşinqton eyni cür fikirləşir. Ötən illərdə bu hal dəfələrlə təsdiqlənib. Vaşinqtona əldəqayırma qurumlar, terrorçu təşkilatlar lazımdır. Məsələn, bəlkə İranın prezidentinin və ya xarici işlər nazirinin kürd olması da Birləşmiş Ştatların planlarına daxildir. Məncə, soydaşlarımızın qarşıdakı aylarda, illərdə əsas fəaliyyətlərindən biri də farsların ağıllı adamlarını inandırmaqdır. Farslar qəbul etməlidirlər ki, İran türklərin və farsların ortaq dövlətidir. Farslar Azərbaycan türklərinin haqqını (elə hakimiyyət haqqını da) tanımalıdırlar. Başa düşməlidirlər ki, Azərbaycan türkünə quyu qazan fars rejimi özü ABŞ-ın "kürd quyusuna" düşür....Dünən "Azərbaycan Respublikası: keçmiş təcrübələr və gələcək prespektivlər" mövzusunda Tehran Universitetində keçirilən beynəlxalq konfrans haqqında məlumat yayılıb. İran prezidentinin müavini Seyid Məhəmmədrza Mirtacəddini "İranla Azərbaycanın müştərək deyil, birgə tarixi var. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün, eləcə də Dağlıq Qarabağ məsələsinin həlli yolunda bu qardaş ölkəni dəstəkləmək üçün İrana əsas verir". Seyid Məhəmmədrza Mirtacəddinin fars və ya türk olduğunu bilmirəm. Amma fars şovinizmi bu fikrə 1991-ci ilin 18 oktyabrında gəlməli idi. Axı həmin tarixdən sonra İran başımıza nə qədər fəlakətlər gətirib.Seyid Məhəmmədrza bildirib ki, Azərbaycanla İran arasında dil, din, mədəniyyət baxımından birgə tarix var: "Azərbaycanla İran arasındakı tarixi bağlılıqları İraqla, Əfqanıstanla, Pakistanla və digər ölkələrlə olan münasibətlərlə müqayisə etmək olmaz. Biz bir-birimizə onlardan daha yaxın və doğmayıq. Bu gün də Azərbaycanla İran arasında müxtəlif sahələrdə əməkdaşlıq güclənir". İran prezidentinin müavini Dağlıq Qarabağ məsələsinin onun ölkəsini də narahat etdiyini deyib: "Biz Azərbaycanı dəstəkləyirik və işğal olunmuş torpaqların azad edilməsinin vacibliyini vurğulayırıq. İran Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanı həmişə dəstəkləyəcək". İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami isə bildirib ki, İran və Azərbaycan prezidentlərinin iradəsi iki ölkə arasında əlaqələrin inkişafına yönəlib: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində 19 ildə heç bir irəliləyişə nail ola bilməməklə yanaşı, münaqişənin daha da mürəkkəbləşməsinə səbəb olub. Minsk qrupu ümumiyyətlə münaqişənin ədalətli həllinə səy göstərmir və buna qadir də deyil. Rusiyanın Ermənistanla son hərbi anlaşması Bakının narazılığına səbəb olub, Amerikanın da Qarabağ separatçılarına davamlı olaraq maliyyə dəstəyi verməsi Azərbaycanın narahat edir".Məhəmməd Bağır Bəhrami Madrid prinsiplərinə də münasibət bildirib: "Bu layihə ilə bağlı dəqiq və aydın məlumatlar verilmir. İşğal olunmuş ərazilərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi Qarabağın Azərbaycandan ayrılmasının rəsmiləşməsi deməkdir. İran beynəlxalq sərhədlərin dəyişilməz qalmasına təkid edir. İran dəfələrlə Birləşmiş Millətlər Təşkilatında Azərbaycan Respublikasının ərazi bütövlüyünün lehinə səs verib". Ötən il İran BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünə səs vermədi.Səfir bildirib ki, İran Qarabağ münaqişəsindən zərər çəkən yeganə qonşu ölkədir: "Çünki Qarabağ münaqişəsi Azərbaycanın İranla müştərək sərhədlərində coğrafi quruluşun dəyişməsinə səbəb olub. Bu isə Xudafərin layihəsi daxil olmaqla bir sıra mühüm layihələrin icrasını ciddi problemlərlə üzləşdirib. İranın Azərbaycanla 618 kilometr müştərək sərhədinin 120 kilometri separatçıların nəzarəti altındadır. Buna görə də Qarabağ münaqişəsi birbaşa İranın milli təhlükəsizliyi və milli mənafeyi ilə əlaqəyə malikdir". İran səfirinin Məhəmməd Bağır Bəhraminin fikirləri "Daldan atılan daş topuğa dəyər" məsəlini xatırladır. Neçə illər ərzində işğalçı Ermənistana birmənalı dəstək verən İranın fars rejiminin nümayəndələrinin belə fikirlər söyləməsinə baxmayaraq onların səmimiliyinə inanmaq çox çətindir. Təkcə 200 ilin təcrübəsi deyil, son 20 ilin təcrübəsi də Azərbaycan xalqının İran fars teokratik rejiminə (elə də fars demokratlarına) inanmasına imkan vermir. Axı əqrəbin adəti sancmaqdır. Bu sancmaq elə-belə sancmaq deyil. Əqrəb həmişə ona kömək edənləri sancır. İran dövlətçiliyi isə əzilən, söyülən, repressiyalara məruz qalan, ana dilində danışmasına imkan verilməyən Azərbaycan türklərinin çiyinləri üzərində dayanıb. ...Bəs, Qərbin Azərbaycan milli hərəkatına dəstək verməməsinin səbəbi nədir, bilirsinizmi? Onlar bilirlər ki, Şərqdə demokratiya hərəkatının öncülü olan Azərbaycan türkləri özlərinin, eləcə də bütün millətlərin inkişafını, sakit yaşamasını, insan haqlarının təmin olunmasını istəyirlər. Onu da deyim ki, minillərdir ki, bölgənin taleyini müəyyənləşdirən, nəhəng dövlətlər quran və müasir dövrdə demokratiyanı mənimsəmiş bir xalqa təzyiq göstərmək, onu hansısa proseslərin alətinə çevirmək mümkün deyil. Elə buna görə də Qərbin bəzi dairələrinə isə PJAK, PKK kimi terror təşkilatları lazımdır ki, istədiyi formada yararlansın. Təki bu reallığı fars başbilənləri, eləcə də İran hakimiyyətində təmsil olunan türklər dərk edəydi......İrana qarşı siyasi-iqtisadi sanksiyalar gündən-günə şiddətlənir, ağırlaşır. Əhmədinejad nə qədər desə ki, sankviyaların heç bir təsiri yoxdur, yalan söyləyir. Sanksiyaların bir nəticəsi, hərbi və s. şəkildə sonucu olmalıdır. Məsələn, 1991-ci ildən İraqa tətbiq olunan sanksiyalar 2003-cü ildə hərbi müdaxiləyə gətirib çıxardı. Səddam Hüseyni dar ağacından asan ABŞ İraqın şimalını parçalayıb azsaylı kürdlərə verdi. Bu da oldu, ABŞ demokratiyası...Axı demokratiya çoxluğun olanda demokratiya olur. Təbriz Quzeyli
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var