SON XƏBƏRLƏR

İran “Cundallah”-ın 13 üzvünü edam edib

2021.10.20, 07:36
İran “Cundallah”-ın 13 üzvünü edam edib

Gunaz.tv

GünAzTv: Bu gün İranın Zahedan şəhərindəki həbsxanada “Cundallah” (Allahın əsgərləri) təşkilatının 13 üzvü edam edilib.

 “Cundallah” təşkilatının lideri  Riginin qardaşının edamı isə təxirə salınıb. Bu barədə Lent.az “İRNA” agentliyinə istinadən xəbər yayıb.Edam edilənlər bu ilin mayında İranda bir məsciddə 25 nəfərin ölümünə səbəb olan partlayış törətməkdə günahlandırılırlar.

Qeyd edək ki, “Cundallah” sünni qruplaşmasıdır və əhalisinin əksəriyyətini sünni müsəlman olan etnik bəllucların yaşadığı Sistan-Bəllucistan əyalətinin müstəqilliyi uğrunda mübarizə aparır. İran Əfqanıstan və Pakistan sərhədində yerləşən bu əyalətin müstəqilliyi uğrunda mübarizə aparan “Cundallah”ın “əl-Qaidə” terror təşkilatının bir qolu olduğunu iddia edir.

İran hakimiyyəti öncə edamın Sistan-Bəllucistan əyalətinin mərkəzi Zahedan şəhərində açıq, xalq önündə icra ediləcəyini bəyan etmişdi. Edamın nə üçün açıq yox, həbsxanada qapalı şəraitdə icra edilməsinə aydınlıq gətirilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar