SON XƏBƏRLƏR

Qəzvinin 184 kəndi riskli bölgədə yerləşir-Mənzil Fondunun başçısından xəbərdarlıq

2022.01.18, 12:33
Qəzvinin 184 kəndi riskli bölgədə yerləşir-Mənzil Fondunun başçısından xəbərdarlıq

Gunaz.tv

O, son iki ildə aparılan yoxlamalar nəticəsində əyalətdə mövcud olan 844 kəndin 184-nün təbii fəlakətlər zamanı ən çox xəsarət ala biləcək kəndlər siyahısına salındığını bildirib.

Riskli bölgələrdə yerləşən kəndlərin köçürülməsi ilə bağlı plan hazırlanmasının vacibliyini deyən Əgər Günci hal-hazırda əyalətdə kənd evlərinin 46%-nın təbii fəlakətlər və zəlzələ qarşısında dayanıqsız durumda olduğunu qeyd edib.

Bununla yanaşı Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qudrətullah Mehdixani əyalətin təbii fəlakətlər qarşısında yüksək riskli bölgələrdən biri olduğunu deyib.

“Son beş ildə əyalətdə 440 zəlzələnin baş verməsi bölgədə bu tip yeraltı təkanların qarşısının alınması və azaldılması üçün daha çox tədbirlərin görülməsini zəruri edir”-deyə, Qudrətullah Mehdixani bildirib.

O, Qəzvin əyalətinin indiyədək baş vermiş və ya baş verə biləcək 26 növ gözlənilməz hadisə qarşısında yüksək risk daşıdığını, əyalətin bir çox yaşayış bölgələrinin fay xətti üzərində yerləşdiyi barədə xəbərdarlıq edib.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar