SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda cərrah çatışmazlığı var

2022.08.02, 10:23
Qərbi Azərbaycanda cərrah çatışmazlığı var

Gunaz.tv

Rektor müavini bundan öncə də əyalətdə həkim çatışmazlığı barədə məlumat verərək Səhiyyə Nazirliyindən bunun aradan qaldırılması üçün tədbir görməsini istəmişdi.

O, əyalətdə xüsusilə bir sıra tibb sahələrində, o cümlədən anestezioloq kimi sahələrdə ciddi kadr böhranı yaşandığını deyib.

Məsudi hal-hazırda Qərbi Azərbaycan əyalətində 300 anestezioloqa ehtiyac olduğu halda yalnız 30 mütəxəssisin olduğunu və 270 həkimin çatışmadığını bildirib.

Tibb Elmləri Universiteti rektorunun müavini bölgələrdə də durumun yaxşı olmadığını, bəzi bölgələrdə yalnız bir mütəxssis həkimin çalışdığını qeyd edib.

Bundan bir müddət öncə Qərbi Azərbaycan əyalətinin Sərdəşt və Piranşəhr mahallarının İran parlamentindəki nümayəndəsi Kamal Hüseynpur əyalətin bir sıra bölgələrində tibb işçilərinin çatışmadığını deyib.

“Bölgədə adi bir anestezioloqun olmaması ucbatından cərrahi əməliyyata ehtiyacı olan insanlar günlərlə sərgərdan qalır və başqa şəhərlərə üz tutmağa məcbur olur”-deyə, millət vəkili bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar