SON XƏBƏRLƏR

İran Əl-Qaidəyə dəstək verir

2023.02.22, 15:45
İran Əl-Qaidəyə dəstək verir

Gunaz.tv

Bu barədə Amerikanın Əfqanıstandakı keçmiş nümayəndəsi və ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzad açıqlama verib.

"Əl-Qaidənin rəhbəri Seyf əl-Ədil İranda yaşayır. Çox güman ki, Ədil və Qüds qüvvələri arasında razılıq əldə olunub. Əl-Qaidə İranın onlara verdiyi sığınacaq və dəstək müqabilində Tehran rejminin müxaliflərini hədəf alır”, - Xəlilzad bildirib.

O, deyib ki, İran tərəfindən artan təhlükə ABŞ və onun müttəfiqlərini Tehran rejimini daha da təcrid etmək və onun legitimliyini sarsıtmağa sövq edir.

Qeyd edək ki, bir neçə gün öncə Seyf əl-Ədlin İranda olması ilə bağlı BMT-nin hesabatı yayılıb.

Bundan sonra Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edərək faktın təsdiqləndiyini və İran hökumətinin Əl-Qaidə ilə əməkdaşlıq etdiyini bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar