SON XƏBƏRLƏR

SEPAH Xəzərdə hərbi parad keçirəcək

2023.04.14, 07:33
SEPAH Xəzərdə hərbi parad keçirəcək

Gunaz.tv

Bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Təngsiri yerli mediaya verdiyi açıqlamada bildirib.

Təngsiri Xəzər dənizi, Körfəz və Oman dənizində keçiriləcək paradın "fələstinlilərə dəstək" məqsədi daşıdığını deyib.

Qeyd edək ki, hər il orucluq ayının sonuncu cümə günü İran hökuməti və ona bağlı qüvvələr ölkə daxili və xaricdə "Qüds günü" adı ilə aksiyalar keçirirlər.

İsrail dövlətinin məhvi ilə bağlı şüarlar səsləndirilən aksiya İran hökumətinin əsas siyasi-ideoloji təbliğat vasitələrindən biri sayılır.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar