SON XƏBƏRLƏR

İran universitetlərində dərslər dayandırıldı: Tələbələr etirazlara başladı

2023.04.17, 13:29
İran universitetlərində dərslər dayandırıldı: Tələbələr etirazlara başladı

Gunaz.tv

Bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb.

Oturaq aksiyaya başlayan narazı tələbələr son etirazlara dəstək verdikləri bildiriblər.

Etirazçılar məktəblərdə şagirdlərin zəhərlənməsinə etiraz etdikləri üçün universitetlərtdən qovulan tələbə barəsində çıxarılan qərarların ləğv edilməsini tələb ediblər.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. 

Etirazlar baş verən zaman və ondan sonrakı dövrdə 700-dən çox tələbə həbs edilib, 435 tələbə universitetdən qovulub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar