SON XƏBƏRLƏR

Fransa polisi Makrona qarşı mitinq zamanı gözyaşardıcı qazdan istifadə edib

2023.04.20, 14:47
Fransa polisi Makrona qarşı mitinq zamanı gözyaşardıcı qazdan istifadə edib

Gunaz.tv

Bu barədə yerli BFM TV kanalı məlumat yayıb.

Aksiya zamanı bir qrup nümayişçi polis kordonunu yarmağa çalışıb.

Qeyd edək ki, pensiya islahatının qəbulundan narazı olan Fransa həmkarlar ittifaqlarının nümayəndələri bu gün Prezident Emmanuel Makronun səfəri ərəfəsində ölkənin cənubunda etiraz aksiyası keçiriblər.

Mitinqdə Fransanın “Ümumi Əmək Konfederasiyası” və “Demokratik Əmək Konfederasiyası” həmkarlar ittifaqlarının yüzə yaxın nümayəndəsi iştirak edib.

Fransa Daxili İşlər Nazirliyi həmin bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə əlavə polis və jandarm qüvvələrinin ayrılması barədə göstəriş verib.

Bölgənin girişində yoldan keçən avtomobillər yoxlanılır.

Xatırladaq ki, Fransada pensiya yaşının artırılmasını və bir sıra xüsusi pensiya imtiyazlarının ləğvini nəzərdə tutan pensiya islahatı layihəsi bu ilin yanvarında təqdim olunub. Bu layihə ölkə ərazisində kütləvi nümayişlərə və tətillərə səbəb olub.

14 apreldə Konstitusiya Şurası pensiya islahatını dəstəkləyib, bir neçə müddəalar çıxarılıb, lakin əsas müddəa - pensiya yaşının 62-dən 64-ə qaldırılması təsdiq edilib və bundan sonra Emmanuel Makron sənədi imzalayıb. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar