SON XƏBƏRLƏR

Urmuda türkcə yer adı tablosu yenidən qurulub

2023.05.09, 14:19
Urmuda türkcə yer adı tablosu yenidən qurulub

Gunaz.tv

Bu, yerli əhali və milli-mədəni fəalların etirazlarından və bələdiyyəyə müraciətlərindən sonra baş tutub.

Bir neçə gün əvvəl güneyli fəalların sosial mediada paylaşdıqları məlumata görə, Urmu şəhərinin qədim məhəllələrindən olan "Məscid məhəlləsi" adı lövhədən silinmişdi.

Fəallar bu hərəkətlərin bundan öncədə olduğu kimi bölgəyə sonradan yerləşən mühacir kürd qrupları tərəfindən həyata keçirildiyini yazıblar.

Bu günə kimi oxşar hərəkətlər dəfələrlə baş verib və Qoyun körpüsü, Doşabçı xana, Dərə çayı və digər adlar lövhələrdən pozulub.

Qeyd edək ki, radikal kürd qruplaşmaları və silahlı təşkilatlarına yaxın şəxslər Qərbi Azərbaycana qarşı torpaq iddialarını əsaslandırmaq üçün yer adlarının dəyişdirilməsinə çalşırlar.

gun az article

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar