SON XƏBƏRLƏR

Braziliyada bu virus yenidən yayıldı: Fövqəladə vəziyyət elan olundu

2023.05.23, 13:22
Braziliyada bu virus yenidən yayıldı: Fövqəladə vəziyyət elan olundu

Gunaz.tv

Spiritu Santu Ştatında 7,  Rio-de-Janeyro da 1 yoluxma qeydə alınıb.

Qeyd edək ki, Braziliya dünyada toyuq ətini ixrac edən birinci ölkədir. Hesablamalara əsasən bu ölkə hazırkı ildə azı 10 milyard dollar gəlir əldə edəcək.

Dövlət rəsmiəri bildirib ki, müşahidə olunan yoluxma halları Braziliyanın əsasən cənubunda yerləşən toyuq əti istehsal edən bölgələrdən uzaqdır. 

Xatırladaq ki, 2021-ci ildə quş qripinin yayılması ilə xeyil sayda toyuq tələf olmuşdu.

Beynəlxalq Səhiyyə Təşkilatı bildirib ki, mutasiya etmiş H5N1 virusunun insana keçib keçməyəcəyini müəyyən etmək üçün araşdırma aparılmalıdır. 

Qeyd edək ki, ötən illərdə yayılan hesabatda bu virusun insana keçdiyi bildirilib.

Lakin bu yoluxma virusla xəstələnmiş quşlarla birbaşa təmas nəticəsində olmuşdu.

Quş qripi köçəri çöl quşlarından keçir. 

Bu üzdən virusun hər hansı ölkəyə keçməsinin qarşısının alınması almaq çox çətindir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar