SON XƏBƏRLƏR

İran 14 qərb vətəndaşını girov saxlayır

2023.05.29, 10:50
İran 14 qərb vətəndaşını girov saxlayır

İran belçikalı məhbus Olivie Vandelastili sərbəst buraxsa da, Amerika və Avropanın bir neçə ölkəsindən olan 14 nəfəri girov qismində saxlamaqda davam edir.

Gunaz.tv

Bu barədə Fransa radiosu məlumat yayıb.

İranda saxta ittihamlarla girov qismində saxlanılanlar arasında Amerika, Almaniya, Fransa, Avstriya, İsveç və İspaniya vətəndaşları var.

Qeyd edək ki, İran hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz tələblərinə nail olmaq, Amerika və Avropada həbsdə olan agentləri ilə dəyişmək məqsədilə onlardan girov kimi istifadə edir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar