SON XƏBƏRLƏR

"İranda edamlar dayandırılsın"-Hüquq müdafiəçiləri BMT-yə çağırış etdi

2023.05.30, 15:15
"İranda edamlar dayandırılsın"-Hüquq müdafiəçiləri BMT-yə çağırış etdi

Mayın 29-da 6 tanınmış iranlı hüquqşünas BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib. Bu barədə vəkillər xarici mediaya verdikləri açıqlamada bildiriblər.

Gunaz.tv

Hüquq müdafiəçiləri baş katibdən İranda və başqa ölkələrdə ölüm hökmlərinə nəzarət olunması və ya tamamilə dayandırılması üçün zəruri addımların atılmasını istəyiblər.

Məktubu Norveçdə yaşayan güney azərbaycanlı Nobel mükafatı laureatı Şirin İbadi, Mehrəngiz Kar, Qasım Şölə Sədi, Məhəmməd Oliyayifərd, Hüseyn Rəisi və Səid Dehqan imzalayıb.

Onlar ötən ilin sentyabr ayında etiraz aksiyalarının başlamasından bu yana İranda edam hökmlərinin və icrasının kəskin artdığını bildiriblər.

Qeyd edək ki, İranda edamların sayının artmasına, o cümlədən siyasi məhbusların və etirazçıların edamına qarşı geniş daxili və beynəlxalq etirazlar var.

Buna baxmyaraq İranda edam hökmlərinin verilməsi və icrası davam edir.

Yeni ilin ilk dörd ay yarımı ərzində İran həbsxanalarında 300-dən çox məhkum edam edilib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar