SON XƏBƏRLƏR

Mədəni fəal Əkbər Azad sürgünə göndərilir

2023.05.31, 13:00
Mədəni fəal Əkbər Azad sürgünə göndərilir

Tehranın Baharistan Ümumi və İnqilab Prokurorluğundan Tehranda yaşayan güneyli mədəni fəal Əkbər Azada çağırış göndərilib.

Gunaz.tv

Bu barədə fəalın özü məlumat verən fəal göndərilən çağırışda ondan 10 gün ərzində Baharistan Ümumi və İnqilab Prokurorluğun Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getməsi istənildiyini deyib. 

Qeyd edək ki, bu, Əkbər Azadın sürgün cəzasının icrası ilə əlaqədardır.

O, bundan öncə dinc mədəni fəaliyyətlərinə və Beynəlxalq Ana Dili Günün münasibətilə keçirilən tədbirə qatıldığı üçün iki il həbs və iki il sürgün cəzasına məhkum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar