SON XƏBƏRLƏR

İrandan misli görünməmiş edam rekordu

2023.06.02, 09:11
İrandan misli görünməmiş edam rekordu

İranda son bir ay ərzində 142 nəfərdən çox məhkum edam edilib. Bu barədə mərkəzi qərargahı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Gunaz.tv

Məlumata görə, cari ilin ilk 5 ayında icra edilən edam cəzaları ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

"Əgər beynəlxalq ictimaiyyət edam dalğasına daha sərt reaksiya verməsə, yaxın aylarda daha yüzlərlə insan İslam Respublikasının edam maşınının qurbanı olacaq”,- təşkilatın yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, son aylar ölüm hökmlərinin verilməsi və onların icrasının artması tendensiyası ilə bağlı çox sayda vəkil, hüquq müdafiəçisi, beynəlxalq qurum və təşkilatlar prosesin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Onlar Tehran rejimindən edam cəzalarının dayandırılmasını tələb ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar