SON XƏBƏRLƏR

Milli fəal Behnam Şeyxi sürgünə göndərildi

2023.06.02, 14:56
Milli fəal Behnam Şeyxi sürgünə göndərildi

Tehranda yaşayan güney azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi sürgünə göndərilib.

Gunaz.tv

Bu barədə Tehranın Baharistan bölgəsinin İnqilab Prokurorluğun Məhkəmə Hökmlərinin İcrası İdarəsi qərar çıxarıb.

Bununla bağlı məlumat yayan milli fəallar, onun iki illik sürgün cəzasını çəkmək üçün Ələhvaz (Xusizstan) əyalətinin Məscid Süleyman şəhərinə getdiyini bildiriblər.

Qeyd edək ki, Behnam Şeyxi 2016-cı ildə "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib.

Bu barədə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi qərar çıxarıb.

Lakin bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

O, 2020-ci il iyulun 21-də Tehrandakı iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Evin həbsxanasına köçürülüb.

Şeyxi bir il həbsdə qaldıqdan sonra Məscid Süleyman şəhərində iki illik sürgünə göndərilmək şərti ilə vaxtından əvvəl həbsdən buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar