SON XƏBƏRLƏR

İnsan haqları təşkilatları İrandakı edamlara etiraz etdi

2023.06.08, 12:26
İnsan haqları təşkilatları İrandakı edamlara etiraz etdi

12 insan haqları təşkilatı İranda yeni edam dalğasını dəhşətli hal kimi xarakterizə edən birgə bəyanat yayıb/ Qurumlar bu edamları dayandırmaq üçün beynəlxalq ictimaiyyəti təcili reaksiya göstərməyə çağırıb.

Gunaz.tv

Bəyanat xarici mediada geniş yayılıb.

İnsan haqları təşkilatları birgə bəyanatlarında son bir neçə ayda İran tərəfindən edam hökmlərinin icrası, o cümlədən kütləvi qiyamın etirazçılarının edam sayında dəhşətli artım müşahidə edildiyini bildiriblər.

Bəyanatı imzalayan qurumlar Birləşmiş Millətlər Təşkilatından (BMT) və üzv dövlətlərdən bu edamlarda iştirak edən şəxslərə və qurumlara qarşı tutarlı tədbirlər və məhdudiyyətlərin tətbiqini, onları cavabdehliyə məcbur etməyi istəyiblər.

Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayı ərzində İranda edam sayı öncəki ilin eyni dövrünə nisbətdə 76% artıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar