SON XƏBƏRLƏR

Milli fəal Davud Şiri müvəqqəti sərbəst buraxıldı

2023.06.09, 08:08
Milli fəal Davud Şiri müvəqqəti sərbəst buraxıldı

İyunun 8-də Təbrizdə yaşayan milli-mədəni fəal Davud Şiri girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Davud Şiri bir neçə başqa milli fəalla birlikdə mayın 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Onun nədə ittiham olunduğu barədə açıqlama verilməyib.

Qeyd edək ki, Davud Şiri 19 may 2022-ci ildə qardaşı Əyyub Şiri ilə birgə həbs edilib və 2 iyul tarixində 400 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar