SON XƏBƏRLƏR

Noyabr qurbanlarının ailə üzvləri yeni qurum yaratdı

2023.06.14, 14:39
Noyabr qurbanlarının ailə üzvləri yeni qurum yaratdı

İyunun 13-də İranda 2019-cu il qanlı noyabr qırğınında güllələnmiş insanların ailə üzvləri yeni qurum yaradıb.

Gunaz.tv

“Noyabr Ailələri Ədalət Assosiyasiyası” nın təşəbbüs qrupu bəyan edib ki, təşkilat heç bir qrupa və birləşməyə bağlı deyil.

“Bir neçə aylıq cəhddən sonra könüllülülük prinsipi ilə Noyabr Ailələri Ədalət Assosiyasiyasının yaradıldığını bəyan edirik”-deyə, təsisçi ailələr açıqlama verib.

Assosiasiya qarşıya qoyulan məqsədlər barədə də məlumat verib.

Məqsədlərə qanlı noyabrla bağlı sənədləşdirmə, informasiyaların axivləşdirilməsi, bu barədə hesabatın verilməsi, həmçinin bu ayda olunmuş cinayətlərin müxtəlif cəhətlərinin açıqlanması, ailələrə təzyiq

xəbərlərinin yayılması, qurbanların ildönümü ilə bağlı anım tədbirlərinin keçirilməsi daxildir.

Həmçinin açılan işlərin beynəlxalq məhkəmələrə göndərilməsi, noyabr qırğınının insanlığa qarşı cinayət kimi Avropa İttifaqı və beynəlxalq təşilatlar tərəfindən qeyd olunması üçün işlərin görülməsi də məqsəd kimi qarşıya qoyulub. 

 

Qeyd edək ki, benzinin qəfil bahalaşmasına etiraz olaraq 2019-cu ilin noyabr ayının 15-də hökumət əleyhinə nümayişlər keçirilmişdi. 

Lakin hakimiyyət narazılara qarşı qəddar davranmışdı.

Hökumət qüvvələri nümayişləri yatırmaq məqsədi ilə narazılara birbaşa atəş açmış, yüzlərlə etirazçı o cümlədən azyaşlılar öldürülmüşdü.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar