SON XƏBƏRLƏR

İranda qaşqaylara basqılar güclənib: İki fəal saxlanıldı

2023.06.15, 10:33
İranda qaşqaylara basqılar güclənib: İki fəal saxlanıldı

İranda qaşqaylara qarşı təzyiqlər güclənib. İsfahan əyalətinin  Şəhrza və Fars əyalətinin Firuzabad şəhərlərində qaşqay milli fəallar Yasin Musəvi və Mehdi Monirnejad saxlanılıb.

Gunaz.tv

Bu barədə qaşqayi türklərinin media orqanı "Baydaq News" məlumat yayıb. Məlumata görə, onlar təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıblar.

Fəalların həbsinin səbəbi və nədə ittiham olunduqları barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyondur.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar