Güneyli tarixçi-araşdırmaçı Məhəmməd Rəhmanifərin APA-ya müsahibəsini təqdim edirik:
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Güneyli tarixçi-araşdırmaçı Məhəmməd Rəhmanifərin APA-ya müsahibəsini təqdim edirik:
– Məhəmməd bəy, Azərbaycana xoş gəlmisiniz. Sonuncu səfəriniz nə vaxt olub?
– Haradasa, 10 il bundan öncə. Bu dəfə həsrət uzun çəkdi. Şükürlər olsun, yenə də buradayıq.
– Bakını gəzə bildiniz? Nə kimi dəyişiklər gördünüz?
– Vallah, ərəbcə bir ifadə var: insan bir şeyi çox sevsə, gözləri kor, qulaqları kar olar. Yəni onunla bağlı yeniliyi görmək və eşitmək olmaz. Mən Bakını o qədər sevirəm ki, hər nə qədər dəyişiklik olsa da, yeni nələrsə tikilsə də, mən elə sanıram ki, bunu hər zaman elə bu cür gözəl formada görmüşəm. Bu mənim sevgimdən irəli gəlir.
Hər yenilik mənim üçün lap başdan varmış kimi gəlir. Bakı mənim üçün həmişə belə gözəl, təravətli olub.
– Sizin APA-da Güney Azərbaycanla bağlı silsilə yazılarınız yayımlanır. Bu mətnlərdə diqqətimi çəkən soydaşlarımızın İran rejimi tərəfindən sıxışdırılması məsələsidir.
– Hər baxımdan sıxışdırılma var və davam etdirilir. Yəni orada, İranda Güney azərbaycanlılara qarşı basqı və sıxışdırmalar qeyd etdiyiniz kimi aparılır. Bu, hətta məişət səviyyəsinə qədər gedib çıxır. Güney Azərbaycan bölgələrinə dövlət tərəfindən heç bir yatırım edilmir. Hətta şəxsi təşəbbüslərin də qabağını alırlar.
Bunun nəticəsində Güney Azərbaycanda yaşayış şərtləri olduqca ağır hal almış olur və insanlar məcbur fars bölgələrinə köç edirlər.
Həmçinin, bildiyiniz kimi, milyonlarca güneylinin ana dilində təhsil almaq haqqı yoxdur. Bizim türkcə kitablarımıza və tədbirlərimizə belə yasaqlar tətbiq edilir. Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər keçirmək heç cür mümkün deyil.
Elə şərtlər qoyulur ki, o şərtlərlə nəsə həyata keçirmək müşkülə çevrilir. Yəni hər şey sanki polis nəzarəti altında saxlanılır, idarə olunur. İnsanlar üçün ifadə və hətta duyğu azadlığı belə yoxdur.
Siz xatırlayırsınızsa, mənim yazılarımdan biri “Traktor” futbol klubu barəsində idi. Bizim qadınlarımız sevdikləri klubun oyununa belə gedib baxa bilmirlər. Onların stadiona girişi yasaqdır. Belə olan halda, qadınlarımız məcbur gedib uzaqdan, dağdan-dərədən baxırlar.
– Məhəmməd bəy, şair və yazıçılara olan münasibət necədir? Ana dilində yazmaları, həmin o yazıların kitab halında çapı və sair.
– Təbii ki, müxtəlif maneələr tətbiq olunur. Sırf Azərbaycan türkcəsində yazan adamlar artıq, bir növ, şübhəlilər siyahısına salınır. Yəni deyə bilərik ki, o adamlara qarşı dövlətin nəzarəti olur. Şair, yaxud yazıçı ana dilində yazırsa, bu, artıq şübhədir, ona qarşı basqının tətbiq olunması deməkdir.
Məsələn, mən Məhəmmədhüseyn Şəhriyarla bağlı kitab yazmışdım: “Şəhriyarla birlikdə özgələşməkdən özləşməyə doğru”. İranda hər bir kitab üçün izn alınmalıdır, yoxsa onu yaymaq haqqın olmur. Biz də bu kitab üçün izn aldıq. Sonralar məni sorğu-suala çağırdılar.
Və mənə dedilər ki, əgər sənə 12 illik həbs kəsəcəyiksə, onun 2 ilini bu kitaba görə çəkəcəksən. İzah etdilər ki, səbəbin biri odur ki, sırf türkcə yazmısan. İkincisi isə, kitabın içindəkilər.
Mənə sual edirlər ki, niyə türkcə yazırsan? Dedim, bu nə deməkdir axı? Bu dil mənim ana dilimdir. İkinci amil isə, dediyim kimi, kitabın içindəkilərdir.
– Şəhriyar barədə kitab yazdığınızı dediniz. Ümumiyyətlə, İranda Şəhriyar bir türk şairi kimi qəbul olunurmu?
– Fikirlər müxtəlifdir. Güney Azərbaycan türkləri içərisində də bəzən onu İran-fars şairi kimi tanıyanlar olur. İranda Şəhriyar, birmənalı olaraq, İran şairi olaraq tanıtdırılır. Hətta o dərəcədə ki, onun hansı dildə yazdığı məsələsini də ört-basdır edirlər.
Amma mən kitabımda bəhs etmişəm ki, Şəhriyar Təbrizdən Tehrana gəlir, bu da o deməkdir ki, coğrafi baxımdan Azərbaycandan uzaqlaşır. Və nəticədə, onun yaradıcı düşüncəsində bir az İranlaşma hiss olunur. Ta ki anası onun yanına səfər edənədək. Ondan sonra “Heydərbabaya salam”, “Səhəndim” şeirlərinə baxanda Şəhriyarın özünə, Azərbaycana qayıdışı görünür, hiss edilir. Mən bu faktları kitabımda geniş formada izah etmişəm, şərhlər vermişəm.
– Belə baxıram, yəqin ki, o kitabdan bizə hədiyyə edə bilməyəcəksiniz.
– Təəssüf ki, edə bilməyəcəyəm. Çünki kitab Təbrizdə ərəb əlifbası ilə nəşr olunub. Latın əlifbası ilə nəşrə icazə verilmir. Həmin kitabda “Səhəndim” şeiri ilə bağlı yazdığım şərhdə şairin öncəgörücülük tərəfinə də toxunmuşam. Hansı ki şairin şeirlə ifadə etdiyi əksər detallar zamanla gerçək oldu.
Sərhəddə məftillərin yıxılması və sair kimi fikirləri Şəhriyar şeirində ifadə edəndə hələ bu heç kəsin ağlına belə gəlmirdi. Bu cür qeyri-adi detalları maraqlıdır ki, heç kəs demir, bu öncəgörənlik detallarına toxunmur. Amma mən bacardığım qədəri ilə toxunmuşam. O kitab haqqında danışsaq, bu, ayrıca bir müsahibə mövzusu olar.
– Aydındır. Məhəmməd bəy, bəs İranda Nizami Gəncəvi barədə nə düşünürlər? Əksər hallarda Nizaminin fars şairi kimi təqdim edilməsinin şahidi oluruq.
– Nihat bəy, mən sizə öncəlikdə bir məqamı deyim ki, İranda milliyətçilik farsçılıq əsasında tərif və təbliğ edilir. Ərəb və türk düşmənliyi də bunun əsas faktorlarından biridir. Bunun da kökü 200 il öncəyə gedib çıxır ki, təəssüf, bu halın yaranmasında azərbaycanlıların da payı var.
Məsələn, Mirzə Fətəli Axundovun bu zehniyyətin yaranmasında payının olduğunu deməkdə fayda var. Hər halda, bu tarixdir, unutmaq və danmaq olmaz. İndi bu gün üçün İran düşüncəsinə görə, dünyada nə qədər yaxşı şey varsa, farslarındır, nə qədər, pis şey varsa, ya ərəblərindir, ya da türklərin. Birmənalı. Məsələn, Farux Səfizadə adlı professor rəsmi formada bəyan edir ki, ərəb dilinin nəyi yaxşıdırsa, bizimdir, nəyi pisdirsə, özlərinindir.
Kəsəsi, hər kimsə farsca nəsə yazıbsa, farslarındır. Məsələn, Füzuli ərəbcə də, farsca da, türkcə də yazıb. Deyirlər ki, o bağdadlıdır, Azərbaycana dəxli yoxdur. Yaxşı bəs tarixə baxanda Bağdad şəhərinin də daxil olduğu Azərbaycan dövlətlərini necə danmaq olar? Belə düşüncə olarmı? Yaxşı, gəlin baxaq: Füzuli Bağdadda doğulubsa və Azərbaycan şairi ola bilməzsə, bəs Nizami Gəncədə doğula-doğula necə fars şairi ola bilər axı? Belə zehniyyətə nə ad verəsən, nə deyəsən?
– Kifayət qədər tarixi faktlara toxunduq. İranın tarixi saxtalaşdırması cəhdlərinin də şahid olmuşuq. Siz də bir tarixçisiniz. İstəyərdim, bu barədə də bir az danışaq.
– Bu gün İran kimi tanıdığımız ərazidə fərqli imperatorluqlar olub. Hazırda onlarda iki əsas tarixi dayaqlara söykənmə cəhdlərini görürük. Bunlardan biri Sasani, ikincisi Səfəvi imperiyalarıdır. Yəni 2000 illik tarixin içərisində bu iki dövlətə söykənmək istəyirlər.
Çünki bu ikisi mərkəzi dövlət qurmuşdu və ərazilərini – onlara görə İran ərazisini – genişləndirmişdilər. Üstəlik, Səfəvi dövründə şiəlik geniş vüsət almışdı ki, indiki molla rejimi üçün də bu çox böyük maraq kəsb edir. Bu səbəbdən, İran mediası, tarixi Səfəvi dövlətini heç bir vəchlə aşağılamır. Amma baxaq digər türk dövlətlərinə, onlara münasibətə. Başdan-ayağa aşağılanmaq, təhqir.
Şah İsmayılın özünə qarşı da bu kimi rəftar yoxdur. İsmayıl, birmənalı olaraq, İranın qurucusu kimi təqdim edilir. Təəssüf ki, Azərbaycanımızda da bu cür düşüncədə olan adamlar var. Mənim hər zaman dediyim bir söz var: türkçülük bizim bir qanadımızdırsa, Azərbaycançılıq da o bir qanadımız olmalıdır.
– Ümumiyyətlə, Sasanilərdən bu yana indiki İran ərazisində İran-fars dövləti olmayıb. Sırf bu dönəmin tarixinə yanaşma onlarda necədir?
– Doğru vurğuladınız. İranda “İran şəhri” adlı məktəb yaradılıb və bu məktəbə böyük maliyyə ayrılıb. Həmin məktəbdə 2500 il bundan öncədən bu günə qədər İran adında ölkə və zehniyyətinin olduğunun təbliği ilə məşğul olurlar. Guya ara-sıra bu ərazilərə türklər, ərəblər, moğollar sırf qarət üçün gəlmiş və İran hər zaman bu coğrafiyada mövcud olmuşdur.
Gəlin tarixə baxaq: 1400 il bundan qabaq islam dini gəlib. Bu illər ərzində son 100 ili kənara qoyub baxsaq, indiki İran ərazisində 900 illik türklərin idarəçiliyinin, 300 il isə ərəblərin idarəçiliyini görə bilərik. Farsların bu illər ərzində 2 dəfə qısamüddətli məhəlli hökumətləri olub, vəssalam.
Bütün bu faktların ardından necə İranın varlığından, onun ayağa qalxmasından, qarət olunmasından danışmaq olar? İran bu 1300 illik tarixdə sırf İrana sərf edən xırda bir detalın ucundan yapışaraq ona köklənir, onu böyüdürlər. Amma tarixi seçərək oxumaq, öyrənmək olmaz. Tarix bütündür, yaxşısı ilə də pisi ilə də.
– Aydındır. Siz bayaq fikrinizdə mədəni sahədə də müəyyən sıxışdırmaların olduğunu dediniz. Rejissor Məhəmməd Əlimoradi ilə müsahibəm zamanı o da bu məsələyə toxunmuşdu.
– Tamamilə doğrudur. Məsələn, sən sənədli film çəkirsənsə, Azərbaycan musiqi alətinə müraciət edirsənsə, rəqslərindən danışırsansa, dərhal təzyiqə məruz qalacaqsan. Əsas problem Azərbaycan varlığı və Azərbaycan mədəniyyəti ilə bağlıdır. Hər nəsə bu iki detalı göstərirsə, dərhal sıxışdırılmaya məruz qalacaqdır.
Onlar üçün yenə də deyirəm: dil və içərik maraqlıdır. Yəni mövzu, daxili məna. Material nə vəd edir, nəyə xidmət edir, rejimi tərif edirmi, ya tənqid edirmi, insanların ağrı-acısından danışırmı, ya yox və s.
– İrandakı son etirazlarla bağlı fikirləriniz maraqlıdır. Etirazların başlaması, hökumətin cəza üsulları və s.
– Etirazlar birdən-birə olduqca genişləndi. Hansı ki siyasətçilər belə bu qədər geniş vüsət almasını gözləmirdilər. İnsanların istəyi, arzusu, məramı da, əlbəttə ki, məlumdur. Ölkənin dörd tərəfindən yüksələn etiraz aksiyalarını önləmək hökumət üçün çətin idi. Lakin sonradan etirazların səngiməsinin də səbəbləri oldu.
Onlardan biri o idi ki, bütünlük yox idi. Şah rejiminin süqutu tarixinə nəzər salaq, birlik var idi, əl-ələ dayanmaq var idi.
İranın daxilində fərqli millətlər var, həmin millətlər etirazlarda öz sözlərini deyəcək və rejimə böyük təsirləri olacaq. Bu fikri mən hər zaman demişəm. Və bu gün bu prosesin şahidiyik.
Baş verən etirazlarda farsları görmədik. Bunun də iki səbəbi var: 1. İran parçalana bilər. Farslar bundan qorxdular. 2. Rza Pəhləvini ölkənin xaricindən lider kimi təqdim etməyə başladılar. Rza Pəhləvini heç farsların əksəriyyəti belə qəbul etmir. Onun lider kimi təqdimi nə deməkdir? Bu iki amil farsları qorxutdu, onlar etirazlara qoşulmadı.
Türklərə gəldikdə isə, onları kürdlərlə qorxutdular. SEPAH-ın bununla bağlı apardığı təbliğat siyasətinin şahidi olmaq o qədər də çətin deyil.
Nəticə etibarilə, hələ ki rejim qazanmış kimi görünür, amma bu son deyil, mütləq nəticə olacaq. Mütləq!..
Ayxan
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib