SON XƏBƏRLƏR

Urmuda ağır yol qəzası baş verib

2023.06.25, 17:09
Urmuda ağır yol qəzası baş verib

Qərbi Azərbaycan əyalətinin Urmu-Salmas yolunda ağır yol qəzası baş verib.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Rza Pənahi Müqəddəm mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, tırla minik avtomobilinin toqquşması nəticəsində minik avtomobili yanıb və 4 nəfər hadisə yerində həyatını itirib.

Qeyd edəl ki, İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.

Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi, avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmiləri də buna etiraz etməyə məcbur edib.

İranda milli avtomobillərə xalq arasında ölüm arabaları adı verilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar