SON XƏBƏRLƏR

İranda hüquq müdafiəçisinə ağır həbs cəzası verildi

2023.07.02, 18:50
İranda hüquq müdafiəçisinə ağır həbs cəzası verildi

İran məhkəməsi tanınmış hüquq müdafiəçisi və siyasi fəal Gülrox İrayi barədə 5 il həbs qərarı verib.

Gunaz.tv

Qərar Tehran İnqilab Məhkəməsinin 36-cı bölməsi tərəfindən çıxarılıb.

Hüquq müdafiəçisi "Hökumətə qarşı təbliğat və ictimai asayişi pozmaq"da ittiham edilib.

Bununla yanaşı onun həbs cəzasını çəkdikdən sonra iki il müddətinə sosial mediada fəaliyyətinə, təşkilatlara üzv olmasına və ölkədə çıxışına qadağa qoyulub.

Gülrox İrayi 2022-ci ilin oktyabr ayında Tehranda yerləşən şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən döyülərək həbs edilib.

O, uzun müddət müxtəlif istintaq təxridxanalarında dindirilib, işgəncə edilib və 29 noyabrda Evin həbsxanasının qadınlar bölməsinə köçürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar