SON XƏBƏRLƏR

Fakt Araşdırıcı qrup İranla bağlı İnsan Hüquqları Şurasına ilk hesabatı təqdim edib 

2023.07.06, 17:00
Fakt Araşdırıcı qrup İranla bağlı İnsan Hüquqları Şurasına ilk hesabatı təqdim edib 

İyulun 5-də BMT-nin Cenevrədəki mənzil-qərargahında Beynəlxalq Fakt Araşdırıcı Qrupu İranda insan haqlarının vəziyyəti ilə bağlı ilk şifahi hesabatını təqdim edib.

Gunaz.tv

Bu barədə Beynəlxalq Fakt Araşdırıcı Qrupun yaydığı məlumatda bildirilib.

İclasda BMT-nin Fakt Araşdırıcı Qrupun rəhbəri Sara Hüseyn ötən il İranda "Əxlaq" polisi tərəfindən hicaba görə qətlə yetirilən 22 yaşlı gənc qız Məhsa Əminin faciəvi ölümü barədə danışıb.

O, yalnız Məhsa Əmininin ailəsinin ədalətsizliyə məruz qalmadıqlarını, həm də bu məsələni ictimailəşdirən Nilufər Həmidi və İlahə Məhəmmədi adlı iki jurnalist də həbs edilərək mühakimə olunduqlarını deyib.

"İran hökuməti dinc nümayişlərin yatırılmasına, edam dalğasına, həbslərə və geniş miqyaslı repressiyalara son qoymalı, ölkədə bütün insanların, xüsusən də qadın və qızların hüquqlarına hörmətlə yanaşmalı, onların hüquqlarını təmin etməlidir",- qrupun bəyanatında bildirilib.

BMT-nin Fakt Araşdırıcı Qrupu iranlıların ümumi qiyamının yatırılması ilə bağlı hesabatında məktəbli qızların zəhərlənməsinə də işarə edib və bu zəhərlənmələrin minlərlə qızın hüquqlarına, o cümlədən onların təhsil hüququna mənfi təsir etdiyini vurğulayıb. 

Hesabatda bildirilir ki, qaldırılan narahatlıqlara cavab verilməsə və həmçinin məcburi hicaba qarşı çıxan qadınlara daha sərt cəza tətbiq edən yeni qanun layihələri qəbul olunarsa, İranda insan haqlarının ümumi vəziyyəti daha da deqradasiya təhlükəsi ilə üzləşəcək. 

Bununla yanaşı Avropa Birliyi də məsələ ilə bağlı yaydığı bəyanatında İran hökumətini ölüm hökmlərinin verilməsini və icrasını dayandırmağa, etirazçılara, o cümlədən qadınlara və qızlara qarşı repressiyalara son qoymağa çağırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar