SON XƏBƏRLƏR

İran rəsmi Bağdada xəbərdarlıq etdi

2023.07.12, 14:10
İran rəsmi Bağdada xəbərdarlıq etdi

İran terrorçu təşkilatların silahsızlaşdırması üçün İraqa vaxt verib. İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqiri bununla bağlı İraqı tənqid edib.

Gunaz.tv

“İraqın şimalında sərhədlərimizə təhlükə törədən iranlı silahlı separatçı qruplar var. İraq dövlətindən istəyirik ki, öz öhdəliklərinə əsasən həmin qrupları silahsızlaşdırsınlar. 

Əks təqdirdə onlara qarşı əməliyyat daha kəsin təkrar olunacaq”-general İraqı hədələyib.

Qeyd edək ki, İranla təhlükəsizlik anlaşmasına əsasən İraq dövləti həmin qrupları sentyabra qədər silahsızlaşdırmalı və onların İranın əleyhinə əməliyyat aparmalarının qarşısını almalıdır. 

Xatırladaq ki, həmin iranlı kürd terrorist təşkilatları Güney Azərbaycana da potensial təhlükə mənbəyidir və Güney Azərbaycanın bir çox ərazilərinə, o cümlədən Urmuya, Savuc Bulağa (indiki Mahabad şəhəri və bölgəsi) torpaq iddiaları ilə çıxış edirlər. 

İran dövləti Güney Azərbaycana qarşı kürdlərin iddialarını dolayısı ilə dəstəkləyir və onlara şərait yaradır.

Habelə Azərbaycana qarşı asimilasiya siyasətnin davamında onların xeyrinə Güney Azərbaycanın inzibati ərazilərini dəyişir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar