SON XƏBƏRLƏR

Hindistanda yəhudi icmasına hücum planlaşdıran şəxslər saxlanılıb

2023.08.01, 08:00
Hindistanda yəhudi icmasına hücum planlaşdıran şəxslər saxlanılıb

Hindistanda terror aktı törətməkdə şübhəli bilinən şəxslər yəhudi icmasının Mumbaydakı Çabad Evinə hücum da planlaşdırıb.

Gunaz.tv

“The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail kəşfiyyatı məlumat yayıb.

Hinduizm icmasının liderlərini öldürmək cəhdlərinin arxasında dayanan yerli islamçı qrupun üzvlərindən iki nəfər Çabad Evində terror aktı planlaşdırıb.

Bu səbəbdən yəhudi icmasına məxsus məkanların təhlükəsizliyini artırmaq məqsədilə tədbirlər həyata keçirilib.

Qeyd edək ki, Hindistanın Maharaştra əyalətinin terrorla mübarizə qüvvələrinin verdiyi məlumata görə, Pune şəhərində “Əl-Sufa” yerli islamçı terror qruplaşmasının iki üzvü həbs edilib.

Axtarış zamanı onlardan partlayıcı maddələr, dronlar, noutbuklar və ərəb dilində müxtəlif dini kitablar aşkar edilərək götürülüb. Götürülən sənədlər arasında Mumbaydakı Çabad Evinin fotoşəkilləri və onun GPS koordinatları var. (APA)

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar