SON XƏBƏRLƏR

Vyetnamın parlament sədri İrana gedib

2023.08.08, 14:53
Vyetnamın parlament sədri İrana gedib

Vyetnamın parlament sədr Vunq Din Hue, onunla birgə Tehrana səfər etmiş parlament və ticarət heyəti avqustun 8-də İrana səfər ediblər.

Gunaz.tv

Parlament sədrini İranın İslami Şura Məclisinin sədr müavini hüccət-ül-islam Müctaba Zülnuri və İran-Vyetnam Parlamentləri Dostluq Qrupunun sədri Rəhimi Cahanabadi rəsmən  qarşılayıb. 

Tehrana səfərdən məqsəd parlamentlərarası və iqtisadi yığıncaqların keçirilməsi, İran məclisinin sədri Məhəmməd Bağır Qalibafla əməkdaşlıq memurandumlarının imzalanması olduğu bildirilir. 

Həmçinin İranın prezidenti İbrahim Rəisi və iqtisadiyyat naziri  ilə görüş  nəzərdə tutulub.

Vyetnamın parlament heyətinin Tehrana səfərinin  məqsədlərindən biri də İran ilə Vyetnam Əlaqələrinin 50 İlliyi mərasimində iştirak etməkdir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar