SON XƏBƏRLƏR

Peruya yadplanetlilər hücum edir

2023.08.10, 14:30
Peruya yadplanetlilər hücum edir

Peruda kiçik bir kəndin sakinləri bir aydır ki, yadplanetlilərin hücumundan şikayətlənirlər.

Gunaz.tv

  Perunun paytaxtı Limada yaşayan İkitu icmasının nümayəndələri bununla bağlı polisə  müraciət ediblər.  

Onlar "iri başlı və sarı gözlü iki metrlik qeyri-adi canlıların" hücumuna məruz qaldıqlarını iddia edirlər.
“Yadplanetlilərdən” birinin yeniyetməyə hücum edərək onun boynuna xəsarət yetirməsinə dair sübutlar da var. 

Polis isə belə hesab edir ki, əhalini qorxudan  “yadplanetlilər” olayının arxasında qanunsuz işləyən şaxtaçılar dayanır.

Yerli prokurorun fikrincə,  qızıl hasilatı üçün yaradılmış qeyri-qanuni mədənlərin 80%-i Nanai çayı hövzəsində yerləşdiyinə görə şaxtaçıların əsas strategiyası sakinləri qorxutmaqdır.

Yəni onlar bezib evlərini tərk etsinlər.

Ufoloqlar isə prokurorun şaxtaçılarla bağlı iddialarına inanmırlar. 

 Ayşə

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar