SON XƏBƏRLƏR

Sünni lider İranda böhranların baş alıb getdiyini tənqid edib

2023.08.12, 11:58
Sünni lider İranda böhranların baş alıb getdiyini tənqid edib

“Xalq dərman qıtlığına tuş gəlib. Onları əldə etməyə xeyli məbləğ ödəyirlər. Respublika, həmçinin su çatışmazlığını yaşayır”. Bunu sünni lider, Zahidan şəhərinin cümə namazı imamı Moləvi Əbdülhəmid deyib.

Gunaz.tv

“Rəsmilər ölkənin tuş gəldiyi böhranları idarə edə bilməlidir.  Hələ də dərman çatışmazığı və digər  problemlər baş alıb gedir. Ona görə ki, planla davrana bilən müdirlər yoxdur, varsa da zəyifdirlər, səlahiyyətləri yoxdur. Bu səbədən ən çox böhranlar bizim ölkədə yaranır” -deyə sünni lider əlavə edib. 

Moləvi Əbdülhəmid, həmçinin ölkədə siyasi və coğrafi vəziyyətə toxunub.

“Xalqın sözlərini dinləməmək sistemin zəyifliyinə dəlalət edir. Jurnalistləri, siyasətçiləri dustaq etməklə və edam qərarları veirilməklə respublikanın problemləri həll olunmaz”.

“İranın ən böyük probemlərindən biri su ambarlarının qeyri-peşəkar üsulla tikilməsidir. Ona görə də ölkənin kənd təsərrüfatı, gölməçələri və meşələri məhv olur. Başqa böyük bir fəlakət də budur ki, eşitdiyimə görə Rusiya Volqa çayının suyunun Xəzər Dənizinə axmasının qarşısını alıb. Bu doğrudursa,  Xəzər məhv olacaq.”-deyə Moləvi Əbdülhəmid avqustun 11-i cümə namazı xütbələrində deyib. 

Qeyd edək ki, Zahidanda sünni icmanın cümə namazi imamının çıxışı həmişə olduğu kimi bu dəfə də hərbi və polis qüvvələrinin şəhərə güclü nəzarəti ilə olunub.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar