SON XƏBƏRLƏR

Ukraynalı diplomatın ölümünü Kiyev də təsdiqlədi

2023.08.14, 16:19
Ukraynalı diplomatın ölümünü Kiyev də təsdiqlədi

Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenkonun ölüm xəbərini təsdiqləyib. Bununla bağlı müvafiq bəyanatı Ukrayna XİN-in mətbuat xidməti yayıb.

Gunaz.tv

“Xarici İşlər Nazirliyi 2023-cü il avqustun 23-də  təcrübəli və yüksək ixtisaslı diplomat, Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili Aleksandr Anatolyeviç Sençenkonun faciəli şəkildə həlak olmasını dərin hüznlə elan edir. Ukrayna Xarici İşlər Nazirliyi  mərhumun ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - XİN-in saytında dərc olunan məlumatda deyilir.

Qeyd edək ki, bazar ertəsi səhər saatlarında Göyçə gölündə əcnəbi diplomatın öldüyü barədə məlumat yayılmışdı. Sputnik Ermənistan öz mənbələrinə istinadən yazmışdı ki, batan şəxs Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko olub.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar