SON XƏBƏRLƏR

Xarici diplomatların Ağdama səfəri başlayıb

2023.08.16, 11:35
Xarici diplomatların Ağdama səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxildir.

Gunaz.tv

Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.

Eyni zamanda, qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Diplomatlar şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olacaqlar. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar