SON XƏBƏRLƏR

Avropa Birliyindən İrana tələb: "Həbsdə olan avropalı məhbuslar sərbəst buraxılsın!"

2023.08.16, 13:09
Avropa Birliyindən İrana tələb: "Həbsdə olan avropalı məhbuslar sərbəst buraxılsın!"

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə təmsilçisi Cozef Borell İran hökumətindən bu ölkədə saxlanılan avropalı məhbusları sərbəst buraxmağı tələb edib.

Gunaz.tv

O, bu barədə özünün X (Tvitter) hesabında bildirib.

Borel qeyd edib ki, İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanla telefon danışığında məhbusların azad edilməsi barədə konkret tələb irəli sürüb.

AB-nin xarici siyasət məsələləri üzrə təmsilçisi, bununla yanaşı İran və Rusiya arasında hərbi əməkdaşlıq barədə də narahatlığını ifadə edib.

Qeyd edək ki, İran hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz tələblərinə nail olmaq, Amerika və Avropada həbsdə olan agentləri ilə dəyişmək məqsədilə onlardan girov kimi istifadə edir.

Eyni halda Tehran hökuməti Qərb ölkələri ilə nüvə danışıqlarında razılığın əldə edilməsi, dondürülmüş pullarının sərbəst buraxılması kimi məsələlərdə də qondarma ittihamlarla həbs etdiyi avropalıları qullanır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar