SON XƏBƏRLƏR

İran istehsalı partlayıcıların qaçaqmalçılığına görə 4 israilli saxlanılıb

2023.08.25, 11:49
İran istehsalı partlayıcıların qaçaqmalçılığına görə 4 israilli saxlanılıb

İsrailin Daxili Təhlükəsizlik Təşkilatı (Şin Bet) ötən ay israilli 4 ərəbi Livanın Hizbullahı ilə əlaqədə olduqlarına və İran istehsalı partlayıcıların qaçaqmalçılığına görə saxladığını bildirib.

Gunaz.tv

“Tədqiqatla bəlli olub ki, Hizbullah İsrailin daxilində şəxsləri işəgötürmək və qaçaqmalçılardan təşkil olunmuş şəbəkə yaratmaq üçün fəaliyyət göstərir. Məqsəd isə müxtəlif tərəflərə adi olmayan qanunsuz siyahların paylanılmasıdır.”- deyə Şin Bet bu barədə bəyanatında qeyd edib.

Bəyanata əsasən həmin 4 nəfərdən 3-ü İsrailin şimalında Kəfər Qasım şəhərində ölkəyə çoxlu silah qaçaqmalçılığı ittihamı ilə saxlanılıblar. Saxlanıldıqları an onların  silahları içərisində İranın istehsalı olan 2 partlayıcı vasitə aşkarlanıb. 

4-cü nəfər isə İsrailin Lod şəhərində saxlanılıb. Bu israilli isə həmin partlayıcı vasitədən istifadə etməklə cinayətkar fəaliyyət planlaşdırıbmış.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar