SON XƏBƏRLƏR

Zəncanlı tələbələr cəzalandırıldı

2023.08.30, 14:39
Zəncanlı tələbələr cəzalandırıldı

Zəncanın Tibb Elmləri Universitetinin 20 tələbəsi təhsillərini davam etdirməkdən məhrum ediliblər.

Gunaz.tv

Bununla yanaşı,  onlarla tələbənin Universitetin İntizam Komitəsinə çağırılaraq xəbərdarlıq edildikləri bildirilib.

Tələbələrin bundan əvvəl keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə təzyiqlərə məruz qaldırları qeyd edilib.

İntizam komitələrinə çağırılan tələblərdən bundan sonrakı aksiyalara qatılmayacaqları ilə bağlı yazılı iltizam alınıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə Universitetlərdən qovulub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar