SON XƏBƏRLƏR

Ermənistan Hindistanla hərbi əməkdaşlığı gücləndirir

2023.08.30, 15:03
Ermənistan Hindistanla hərbi əməkdaşlığı gücləndirir

Ermənistanın müdafiə naziri Suren Papikyan və Hindistanın Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sukriti Sinx Dahia Ermənistan ordusunda aparılan islahatlar və Dehli ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Ermənistan mediası məlumat yayıb.

Gunaz.tv

Qeyd edilir ki, İrəvana gələn nümayəndə heyətini Hindistanın Ermənistandakı səfiri Nilakşi Saha Sinha müşayiət edib.

"Müdafiə naziri generalın və onun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərini alqışlayıb.

O, Ermənistan-Hindistan münasibətlərinin müdafiə sahəsində hazırkı inkişaf kursunu nəzərə alaraq təşəbbüsü yüksək qiymətləndirib", - Sputnik yazıb.
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar