SON XƏBƏRLƏR

Ukraynanın müdafiə naziri istefa verib

2023.09.04, 11:11
Ukraynanın müdafiə naziri istefa verib

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov istefa verib. Bu barədə “RBK-Ukraina” xəbər verib.

Gunaz.tv

 Məlumata görə, Oliksiy Reznikov istefa verdiyi barədə feysbuk səhifəsində məlumat verib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin qərarını yerinə yetirmək üçün Ali Radaya istefa məktubu təqdim etdiyini vurğulayıb.

"Mən istefa məktubumu Ukrayna parlamentinin sədri Ruslan Stefançuka təqdim etdim. Ukrayna xalqına xidmət etmək və Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna ordusu üçün çalışmaq şərəf idi", - o paylaşımda qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə naziri Reznikovun postundan azad olunması ilə bağlı videomüraciət yayıb. Prezidentin sözlərinə görə, nazirliyə Rüstəm Umerov rəhbərlik edəcək".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar