SON XƏBƏRLƏR

Almaniyada yəhudi sinaqoquna hücum edən iranlının məhkəməsi olacaq

2023.09.06, 09:45
Almaniyada yəhudi sinaqoquna hücum edən iranlının məhkəməsi olacaq

Almaniya məhkəməsi 10 ay əvvəl Bohumda bir məktəbdə baş verən yanğını törədən şəxsin İran hökumətindən sifariş aldığını bildirib.

Gunaz.tv

Bu barədə Almaniya mediası məlumat yayıb.

Qeyd edilib ki, ikili İran-Almaniya vətəndaşı olan 36 yaşlı şəxsin əsas hədəfi məktəbin yanındakı yəhudi sinaqoqu olub.

"Sinaqoqun güclü mühafizəsi olduğu üçün o partlayıcı və alışdırıcı maddələri sinaqoqun yaxınındakı məktəbə atıb",- məhkəmənin məlumatında deyilir.

Təqsirləndirilən şəxs sentyabr 12-də Düsseldorf Regional Ali Məhkəməsində mühakimə olunacaq.

Yayımlanan ittiham aktına əsasən, bu şəxs sinaqoqun yandırılması haqqında İran dövlətinə bağlı şəxslərdən göstəriş alıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar