SON XƏBƏRLƏR

İrandan Azərbaycana 6 kq-dan çox narkotik maddənin keçirilməsinin qarşısı alınıb

2023.09.13, 10:14
İrandan Azərbaycana 6 kq-dan çox narkotik maddənin  keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 6 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb.

Gunaz.tv

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə olan marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana  keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-dən bildirilib.

Qeyd edək ki, əməliyyat-axtarış tədbirlərini  Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin  əməkdaşları birgə keçiriblər. 

Qeyd olunan fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar