SON XƏBƏRLƏR

"Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq"

2023.09.18, 16:18
"Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq"

"Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq". Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" hesabında yazıb.

Gunaz.tv

O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır.

"Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.

İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin, Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniəsilli əhalisi arasında danışıqlara başlamaq vacibdir.

Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır",- Şarl Mişel bildirib.

Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib.

Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib. Bu da onların Azərbaycanın şərtlərinə tabe olduğunu göstərir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar