SON XƏBƏRLƏR

İranda qadınların öldürülməsi artır

2023.10.07, 14:45
İranda qadınların öldürülməsi artır

Gunaz.tv

Bu qətl sayı isə 2 həftə üçün böyük rəqəm hesab olunur və 2 gündən bir qadının öldürülməsi anlamındadır. Onlar müxtəlif motivlərlə Məşhəd, Əhvaz, Şiraz və sair şəhərlərdə öldürülüblər.

Universitet məqalləri və dissertasiyalarına əsasən İranda “illik 375-450” qətl olunur. Hökumət bu növ qətilləri “namus qətli” və “ailə münaqişəsi zəminində qətillər” ifadələri ilə bəyan edir.

Bundan məqsəd ilə cəmiyyətə hakimiyyətin bu barədə cavabdehlik olmasının qarşısını almaq, məsuliyyət daşıyan orqanların laqeyd yanaşması və qanunlarda qüsurların olduğunu gizlətməkdir.

Məlumata əsasən qadınlar həyat yoldaşları, nişanlıları, keçmiş həyat yoldaşları, ataları və qardaşları tərəfindən “namus məsələsi” adı ilə öldürülür. 

İranın dini hakimiyyəti qadınların bu bəhanələrlə öldürülməsinə beynəlxalq qanunlara əsasən “qətl ciyati” kimi yanaşmaq əvəzinə bu tərz qətləri namus adı ilə əsaslandırır və qatilə çox hallarda bəraət verilir və ya yüngül cəza çıxarılır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar