SON XƏBƏRLƏR

İranda 70 min tibbi qulluqçu çatışmır

2023.10.24, 13:02
İranda 70 min tibbi qulluqçu çatışmır

İranın Səhiyyə Nazirliyinin rəsmisi bu ölkədə 70 min tibbi qulluqçunun çatışmadığını deyib.

Gunaz.tv

Səhizyyə nazirinin tibbi qulluq sahəsində muavini Abbas Əbdi ölkədə  70 min tibbi qulluqçu çatımazlığına görə xəstələrin xəstəxanalarda vəziyyətinin ağırlaşdığını deyib.

Müxtəlif media xəbərlərinə əsasən belə bir durumda ölkədə məişətin ağırşadığına görə tibbi qulluqçuların İrandan köçü davam edir və illik 1500 tibb işçisi Avropa və Körfəz ölkələrinə köçürlər. 

“Gündəlik 5-6  və orta hesabla ayda 100-150 tibb işçisi ölkədən köçür.”- deyə Tibbi Qulluq Sistemi Təşkilatının sədri Məhəmməd Mirəzbeygi bildirib.

Beynəlxalq standartlara əsasən, tibbi qulluqçu sayının xəstəxana çarpayısına nisbəti ortalama hər 1 çarpayıya 2.5  qulluçu düşür.  Lakin İranda rəsmi statistikalara əsasən həmin rəqəm dünya standardının yarısından da aşağı enib.

Tibbi Qulluqçular Evinin baş katibi Məhəmməd Şərifi bu sahədə problemləri açıqalyıb.

“Onalrın ölkədən çıxmağa meyilli olmalarına səbəb tibb sistemində, o cümlədən məişət porbelemlərinin olmasıdır”- deyə Şərifi vurğulayıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar