SON XƏBƏRLƏR

Güneyli müəllim tibbi məzuniyyətə buraxılıb

2023.11.01, 15:46
Güneyli müəllim tibbi məzuniyyətə buraxılıb

Kərəcin Qızılhisar həbsxanasında saxlanılan azərbaycanlı müəllim, ana dili hərəkatı fəalı və siyasi məhbus Cəfər İbrahimi vəziyyətinin ağır olması səbəbindən tibbi məzuniyyətə buraxılıb.

Gunaz.tv

Bu barədə İran Müəllimlər Birliyinin Koordinasiya Şurasi məlumat yayıb.

Bildirilib ki, vəziyyətinin ağırlaşmasına, dəfələrlə müraciət etməsinə baxmayaraq, məzuniyyətə buraxılmayan İbrahimi qanunla nəzərdə tutulmuş hüququnu tələb etdiyinə görə bir neçə gün əvvəl döyülüb.

Qeyd edəkki, 5 il azadlıqdan məhrum edilən Cəfər İbrahimi bir neçə xəstəlikdən əziyyət çəkir və Beynəlxalq Əfv Təşkilatı, İran Yazıçılar Birliyi bəyanat yayaraq onun həyatının təhlükədə olması ilə bağlı İran hökumətinə xəbərdarlıq ediblər.

Azərbaycanlı müəllim bu müraciətlər və tələblərdən sonra məzuniyyət hüququndan istifadə etməyə nail olub.

Həmədan şəhərindən olan Cəfər İbrahimi 2022-ci il aprelin 30-da saxlanılıb. 

O, "əlbir olmaq və toplaşmaq",  habelə "hökumət əleyhinə təbliğat" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar