SON XƏBƏRLƏR

Nepalda zəlzələ nəticəsində azı 128 nəfər ölüb

2023.11.04, 10:05
Nepalda zəlzələ nəticəsində azı 128 nəfər ölüb

Nepalda zəlzələ nəticəsində azı 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Gunaz.tv

 Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Hindistan – Nepal sərhədində 6 maqnitudalı zəlzələ baş verib. 

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar